Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Binəqədi rayon təşkilatı ötən 17 il ərzində böyük inkişaf yolu keçib

YAP Binəqədi rayon təşkilatı ötən 17 il ərzində böyük inkişaf yolu keçib

10.03.2010 [10:30]

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının yaradılmasının 17-ci ildönümü tamam olub. Bu münasibətlə partiyanın Binəqədi rayon təşkilatının qərargahında tədbir keçirilib. Təşkilatın sədri Nəbi Xəlilov çıxış edərək ötən dövr ərzindəki fəaliyyət barədə ətraflı məlumat verib. O, bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası zamanın tələbi olaraq yaradıldı. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya inkişafının yeni mərhələsindədir. N.Xəlilov qeyd edib ki, hazırda YAP Binəqədi rayon təşkilatının sıralarında 12 min nəfərə yaxın üzv birləşib. İlk təşkilatların sayı isə 212-dir. 2010-cu ilin ötən müddətində təşkilat sıralarına 200 nəfərin üzv olması ilə yanaşı 4 ilk ərazi təşkilatı da yaradılıb.
Tədbirdə daha sonra YAP İdarə Heyətinin üzvləri Şahlar Əsgərov və Nizami Xudiyev, YAP Siyasi Şurasının üzvü Həsən Mirzəyev və digərləri çıxış edərək ötən 17 il ərzində YAP Binəqədi rayon təşkilatının böyük inkişaf yolu keçdiyini bildiriblər.

Paylaş:
Baxılıb: 1273 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30