Cavanşir Yusubov: Ölkəmizin xarici siyasəti milli maraqlar üzərində qurulub
22.08.2020 [00:32]
“Ölkəmizin xarici siyasəti milli maraqlar üzərində qurulub və Prezident İlham Əliyev beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir. Belə ki, milli maraqlarla əlaqədar bütün strateji məsələlər dövlət başçısının xüsusi nəzarətindədir, istənilən ölkənin və beynəlxalq qurumun qarşısında qaldırılır, onların həllinə nail olunur”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov deyib.
C.Yusubov bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini ortaya qoyur. Lakin Tovuz istiqamətində baş verən təxribat bir daha təsdiqləyir ki, işğalçı Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqların substantiv nəticələrə istiqamətləndirilməsində maraqlı deyil.
C.Yusubov onu da deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın işğalçı Ermənistanı silahlandırması barədə yeni faktların ortaya çıxması Azərbaycan ictimaiyyətində haqlı narazılıq yaradır: “Rusiya 1990-cı illərin ortalarından Ermənistanı silahlandırır. Vaxtilə general-mayor Lev Roxlinin 1997-ci ildə Dövlət Dumasının qapalı iclasında ifşa xarakterli çıxışını, sonradan onun öldürülməsini hər kəs xatırlayır”.
Onun sözlərinə görə, Rusiyanın Ermənistanı silahlandırmağa davam etməsi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir: “Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT-in Minsk qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə uyğun deyil. Həmçinin bu addım ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin 2009-cu il iyulun 10-da “Böyük səkkizlik” ölkələrinin İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı imzaladıqları və 2010-cu il iyunun 26-da Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatlarda yer almış prinsiplərə ziddir”.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

