Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Mehriban Abasquliyeva: Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlətdir

Mehriban Abasquliyeva: Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlətdir

29.08.2020 [00:32]

“Müstəqil Azərbaycan dünyaya açıq olan bir ölkədir. Respublikamız milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasətinin prioritetlərini açıq şəkildə bəyan edir və qarşıya qoyulan məqsədlərə çatmaq üçün ardıcıl siyasət aparır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva deyib.

M.Abasquliyeva bildirib ki, ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması əsas prinsiplərimizdən biridir. Öz növbəsində, belə fundamental prinsip üzərində qurulan xarici siyasət ölkəmizə böyük nüfuz qazandırıb və respublikamızın beynəlxalq birliyə sıx inteqrasiyasını təmin edib. Bu gün Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət, etibarlı tərəfdaş və nüfuzlu aktor kimi tanınır.

Rayon təşkilatının sədri qeyd edib ki, müstəqil Azərbaycan milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasətində daim xoş məram nümayiş etdirir: “Respublikamız indiyədək dünyada təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına, ölkələr və xalqlar arasında etimad mühitinin möhkəmlənməsinə sanballı töhfələr verib. Azərbaycan, həmçinin özünün geniş imkanlarına əsaslanaraq regional və qlobal miqyasda əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində fəal iştirak edir. Bu kontekstdə hazırda ölkəmizin təşəbbüsləri və birbaşa moderatorluğu ilə reallaşdırılan layihələr sayəsində Avrasiyanın nəqliyyat və enerji xəritəsinin yenilənməsi diqqəti xüsusi olaraq cəlb edir. Bu layihələr sayəsində Xəzər və Qara dəniz hövzələrini əhatə edən böyük bir coğrafiyada ölkələrin imkanlarının əlaqələndirilərək daha səmərəli istifadə olunmasına, iqtisadi fəallığın artmasına, insanların əmək bazarına inteqrasiyasının genişlənməsinə şərait yaranıb.

Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Avopa ilə Asiya arasında tranzit daşımaları üçün kifayət qədər əlverişli məkanda yerləşən Azərbaycan son illərdə ölkə ərazisində müasir nəqliyyat-logistika infrastrukturunun qurulmasına böyük həcmlərdə investisiyalar yönəldib. Bunlar, əslində, ölkəmizin gələcəyinə hesablanan sərmayələrdir. Son 17 ildə respublikamızda müasir yol infrastrukturunun yaradılması layihələri həm ölkə ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə magistralların yenidən qurulmasını, həm də yerli əhəmiyyətli yolların əsaslı şəkildə təmir olunmasını əhatə edib. Reallaşdırılan layihələrin sayəsində sözügedən beynəlxalq dəhlizlərin funksionallığı artıb, eyni zamanda, ölkədaxili daşımalarda əvvəllər rast gəlinən çətinliklər aradan qalxıb. Azərbaycanın təşəbbüsü və liderliyi ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya regionunun tranzit imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”.

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30