/ / Ramiz Göyüşov: Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcək
Ramiz Göyüşov: Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcək
01.09.2020 [09:02]
“Tovuz rayonu ərazisində erməni təxribatının qarşısını alarkən xüsusi qəhrəmanlıq göstərərək canlarını fəda etmiş şəhidlərimizin ruhu bizimlədir. Bütün Azərbaycan xalqı öz qəhrəman övladlarının xatirəsini daim qəlbində yaşadır. Minlərlə insan sosial şəbəkələrdə şəhidlərimizin şəkillərini öz profillərində yerləşdiriblər, yüz minlərlə insan hər gün, hər an şəhidlərimizi anmaqdadır. Onların bircə təsəllisi var: qəhrəman oğullarımız Vətən uğrunda həlak olublar”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov deyib.
Onun sözlərinə görə, şəhidlərimiz öz ölümsüzlükləri ilə böyüklü-kiçikli, kişili-qadınlı hər bir Azərbaycan vətəndaşının qəlbində vətənpərvərlik hissini yenidən alovlandırdılar: “Bir qarış torpağı belə düşmənə verməyən, canları ilə sərhədimizi qoruyan şəhidlər öz qanları ilə Vətən torpağını suvardılar. Şəhidlərimiz ölməzdi, onların hər biri hər zaman bizimlə yaşayacaq, bizdən sonra da əbədiyyətə qədər yaşayacaqlar”.
Xalqımızın vətənpərvərlik ruhunun yüksək olduğunu deyən R.Göyüşov qeyd edib ki, iyulun 14-dən 15-nə keçən gecə on minlərlə insan küçələrə axışaraq şəhidlərimizi yad edib, ordumuza dəstək numayiş etdirib: “Azərbaycan xalqı, hər bir vətəndaşımız düşməndən şəhidlərimizin qisasını almaq, Qarabağı azad etmək üçün Ali Baş Komandanın əmrinə hazır olduğunu nümayiş etdirib. On minlərlə insan dövlət başçısının çağırışına səs verərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə gedərək könüllü şəkildə hərbi xidmətə getmək haqqında niyyətlərini bəyan ediblər”.
“Həmin günlərdə hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq ayağa qalxdı. Taleyin qisməti ilə dünyanın dörd bir yanına səpələnmiş, azərbaycanlılar mitinqlər keçirərək ordumuza, Ali Baş Komandan İlham Əliyevə dəstək olduqlarını, əzəli düşmənimiz olan ermənilərdən şəhidlərimizin qisasını almağa, torpaqlarımızı azad etməyə hazır olduqlarını bildirdilər. Bu gün bütün azərbaycanlılar bu əzmdədir və Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə hər kəs müsəlləh əsgər olmağa hazırdır. Dövlət başçısımız dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcək və ölkəmizin ərazi bütövlüyü təmin ediləcək. Buna görə də, xalqımızda böyük inam var ki, Azərbaycanın üçrəngli, ay-ulduzu bayrağı Şuşada, Xankəndidə, digər işğal olunmuş kənd və şəhərlərimizdə dalğalanacağı gün uzaqda deyil”, - deyə R.Göyüşov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18

