Müharibənin ilk 15 günündə İlham Əliyevin düşmənə verdiyi dərslər
14.10.2020 [08:51]
Azərbaycan Prezidenti cənab İlham Əliyev son 15 gündə ölkəmizin yeni hərb və siyasət tarixini yazır və hələ yazacaq. Cənab Prezident son 17 ildə siyasi, iqtisadi, hərbi, milli ruhun möhkəmləndirilməsi, hərbi vətənpərvərliyin yüksək həddə çatdırılması sahələrində gördüyü işlərin bəhrəsini görməyə başladı və hələ uzun müddət görəcək.
Dövlətimizin başçısı 27 il torpaqlarımızı işğal altında saxlayan, 27 il bu ərazilərdə müdafiə istehkamları quran ermənilərə elə “toy” tutdu ki, onlar bundan sonra tarix boyu bu “toy”u yaddan çıxarmayacaqlar. Türkiyə, Pakistan və bəzi ölkələrin mənəvi (siyasi) dəstəyini alan Prezidentimiz təkbaşına, yəni dünya bir tərəfdə, cənab İlham Əliyev isə digər tərəfdə öz prinsipiallığını, iradəsini, dövlətinə, xalqına, doğma torpağına bağlılığını bütün dünyaya nümayiş etdirdi.
Cənab İlham Əliyev prezidentlik fəaliyyəti dövründə nə vəd vermişdisə, hamısına vaxtında əməl edib. Sözünün sahibi olmaq bugünkü dünyada az-az dövlət rəhbərlərinə xas olan keyfiyyətdir.
Torpaqlarımızın bir hissəsinin işğal altında olması xalqımızın ən yaralı yeri idi. Kiçikdən böyüyə qədər hamı bu torpaqların düşmən tapdağından azad olmasını gözləyirdi və bu arzu ilə yaşayırdı. Ölkə Prezidenti və Ali Baş Komandanın hər iş günü gərgin olur, ancaq son 15 günün gərginliyi daha yüksək həddə idi. Çünki hər iş günü 24 saat idi və O,xalqa verdiyi sözün icrasını təmin edirdi. Cənab İlham Əliyev Vətən müharibəsinin gedişatına nəzarət edir, həlledici qərarlar çıxarır, hər gün dünyanın bir çox dövlət rəhbərlərinin zənglərinə vaxt ayırır, məşhur telekanallara müsahibələr verir, eləcə də dünya ictimaiyyətini ölkəmizin bu müharibədə əks-hücum əməliyyatı keçirməkdə haqlı olması barədə də məlumatlandırır.
Dövlət başçımız qısa müddət ərzində 2 dəfə xalqa müraciət etdi. Cənab Prezident həmişə səbir və təmkin nümayiş etdirib, nəyi nə vaxt etmək lazımdır, yaxşı bilir. Onun xalqa müraciətlərini sakit dinləmək mümkün deyildi. Müracətlərdə çox məqamlar var: qətiyyət, cəsarət, prinsipiallıq, xalqa, torpağa bağlılıq, düşmənə təpki və yerini göstərmək bacarığı, sevinc hisləri, siyasətdə dahilik, eyni zamanda, humanistlik.
Əslində, cənab Prezidentin o müraciətlərində düşmən ölkənin rəhbərinin ünvanına dediklərindən sonra Paşinyanda bir balaca qeyrət hissi olsaydı, ya özünü asmalı, ya da başına bir güllə vurmalı idi. Yalnız erməni xalqı özünə belə bir baş nazir seçə bilərdi.
Cənab Prezident hər gün gördüyü işlərlə, azad etdiyi ərazilərlə təkcə insanları və torpaqları həsrətdən qurtarmır, eyni zamanda, şəhidlərin də ruhlarını şad edir. Ulu Öndər Heydər Əliyevin də ruhunu hər gün şad edir, çünki Ulu Öndər də Vətən torpağı həsrəti, niskili ilə dünyasını dəyişdi.
Ataların yaxşı bir deyimi var: “Dost və düşmən dar gündə sınanar”. Son 15 gündə bizi istəyənlər də, istəməyənlər də aydın oldu.
Cənab Prezident həmişə çıxışlarında, xalqla, xarici ölkə rəhbərləri ilə, beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlərində deyirdi: “Torpaqları mütləq azad edəcəyik, ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik, bayrağımız mütləq Şuşada dalğalanacaq”. Ermənilər isə bu bəyanatlardan lazımı nəticə çıxarmadılar. Onların dünyadakı erməni lobbiləri, dünya ermənilərinin Eçmiədzin kilsəsi, ermənilərin bəzi havadarları təsadüfi ünsür sayılan Paşinyanla birlikdə ciddi təxribatlar törədərək yeni torpaqlar əldə etmək istədilər. Ancaq cənab Prezident, Ali Baş Komandan və şanlı Ordumuz onlara elə dərs verdilər ki, bütün dünya erməniləri ömürlük bu dərsi yaddan çıxarmayacaqlar.
Müharibənin ilk 15 günü ərzində nələri gördük, nələri bildik və nəyə əmin olduq
1. Siyasətdə:
- Cənab Prezident İlham Əliyev öz qətiyyətini, cəsarətini, sözünün sahibi olduğunu, xalqa, Vətənə, torpağa bağlılığını, milliliyini, humanistliyini, siyasi dahiliyini və prinsipiallığını dünyaya nümayiş etdirdi;
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Ermənistana son şans verdi və bununla sülhpərvərliyini göstərdi;
- Ermənistanı masa arxasında oturub danışıqlar aparmağa məcbur etdi;
- Paşinyan və ermənilərə “Qarabağ Ermənistandır” deməyi ömürlük unutdurdu və sübut etdi ki, Qarabağ Azərbaycandır!
- Türkiyə və Azərbaycan bayraqlarının hər yerdə birgə dalğalanması ilə ermənilərə gözdağı verildi, dünya ölkələrinə isə birlik, dostluq, qardaşlıq və həmrəyliyin yeni nümunəsini, modeli ortaya qoyuldu;
- Prezident, Ali Baş Komandan, xalq, ordu birliyini dünyaya nümayiş etdirdi;
- milli və vətəndaş həmrəyliyinə nail oldu;
- Qarabağ probleminin ümumxalq, ümummilli problemə çevrilməsini təmin etdi;
- xalqımızın nəyə qadir olduğunu isbata yetirdi və dünya xalqları arasında layiqli yerini göstərdi.
2. Ali Baş Komandan, ordu, milli, hərbi - vətənpərvərlik tərbiyəsi və beynəlxalq təşkilatlarla iş:
- Ordumuzun dünya orduları arasında layiqli yer tutması əməldə təsdiqini tapdı;
- Azərbaycan əsgəri 27 il işğal altında olan torpaqlarımızı azad etməyə başladı;
- əsgər və zabitlərimiz torpağa, Vətənə, dövlətə bağlılığını, yüksək bacarıq və vətənpərvərliyini nümayiş etdirdi;
- Ordumuz erməni ordusunun və əsgərinin yaddaşına Azərbaycan əsgərinin nəyə qadir olduğunu ömürlük həkk etdirdi;
- Ali Baş Komandan və Ordumuz beynəlxalq təşkilatlara qəbul etdikləri, lakin icrası təmin olunmayan qərarların icra mexanizmini və ərazi bütövlüyünün bərpa olunması modelini göstərdi;
- Ordumuz başqasının torpağında gözü olanlara nümunəvi dərs verdi;
- Ali Baş Komandan və Ordumuz məcburi köçkünlərin 27 illik torpaq həsrətinə son qoydu və məcburi köçkünlərin Böyük Qayıdışının təməlini yaratdı;
- Ali Baş Komandan və Ordumuz işğal altında olan bütün torpaqlarımızın azad olunacağına böyük əminlik yaratdı;
- düşmən ordusunun qiyməti 1,2 milyard dollardan çox olan hərbi texnikası, silah-sursatı məhv edildi, bir qismi də qənimət kimi götürüldü;
- Prezident, Ali Baş Komandan təmas xəttini və status-kvonu ləğv etdi;
- Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz ermənilərin 30 il ərzində qurduqları istehkamları məhv etdi;
- Minsk qrupunun 27 illik nəticəsiz fəaliyyəti və hazırladığı təkliflər Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə kağız üzərində qaldı.
3. Milli həmrəylik, vətəndaşlıq və torpaq uğrunda şəhidlik:
- bütün siyasi partiyalar milli həmrəylik göstərərək Vətən müharibəsində Prezidentin yanında olduqlarını nümayiş etdirdilər;
- mülki əhali ermənilərin atəşi qarşısında yaşayış yerlərini tərk etmədi, Ali Baş Komandana, orduya arxalanaraq mərdlik və torpağa bağlılıq nümayiş etdirdi;
- xalq öz Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya qeyri-adi dərəcədə sevgi, inam və sadiqlik nümayiş etdirdi. Bu, xalqımız tərəfindən onlara hər gün ünvanlanan yüzlərlə müraciətlərdə açıq-aydın görünür;
- şəhidlərimiz öz canlarını torpaqlarımızın azad olunması uğrunda qurban verdilər. Prezident və Birinci vitse-prezident şəhid anaları və ailələri üçün dünyada analoqu olmayan işlər görürlər və onlarla mütəmadi görüşlər keçirirlər;
- şəhidlərimizin ata və anaları oğullarının Vətən torpağı uğrunda şəhid olmalarından qürur hissi keçirdiklərini dilə gətirərək deyirlər: “Vətənimiz, Prezidentimiz və Ordumuz sağ olsun!”;
- dövlət rəmzi olan bayrağa xalq və əsgərlərimiz tərəfindən milli ləyaqət kimi münasibət nümayiş olundu:
- xalq müharibə şəraitində yüksək nizam-intizam nümayiş etdirdi.
4. İnformasiya müharibəsi, diasporların fəaliyyəti:
- Prezidentimizin 17 illik fəaliyyətində kütləvi informasiya vasitələri ilə gördüyü işlər müharibə şəraitində öz bəhrəsini verdi;
- kütləvi informasiya vasitələri və xüsusən telekanallar son 27 ildə indiki qədər operativ və fəal çalışmamışdılar;
- kütləvi informasiya vasitələri vətən müharibəsi şəraitində Prezidentin, Ordunun, xalqın yanında olduqlarını gördükləri işlərlə nümayiş etdirdilər;
- Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkənin kütləvi informasiya vasitələri informasiya müharibəsində düşmənə tam qalib gəlirlər;
- Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin xarici ölkələrdə fəaliyyət göstərən diasporlarla və səfirliklərlə gördükləri işlər də öz bəhrəsini verdi.
5. İlk 15 gün şəxsən mənə nə verdi?
- Cəbrayıl rayonunun işğal altında olan şəhəri, çoxsaylı kəndləri və dünyaya göz açdığım Böyük Mərcanlı kəndi işğaldan azad olundu;
- yaxın ailə üzvlərimin (bacı-qardaşlarımın, qohumlarımın) üzərindən məcburi köçkün adı götürüldü;
- ən nəhayət, məcburi köçkün olan rəhmətlik anamın dünyasını dəyişəndə məndən bir xahişi olmuşdu ki, onun nəşini atamın işğal altında qalan nəşi ilə bir yerdə dəfn edim. Bu o zaman mümkün olmadığı üçün söz vermişdim ki, kənd işğaldan azad olunanda onun xahişini mütləq yerinə yetirəcəyəm. Belə bir imkanı cənab Prezident, Ali Baş Komandan və Ordumuz indi yaratdı. Bu, mənim ürəyimdə qalan ən böyük nisgilim və arzum idi. Cənab Prezidentə və Ordumuza təşəkkür etmək üçün leksikonumuzdakı sözlər kifayət deyil.
Baxmayaraq ki, Azərbaycan Prezidenti erməni xalqına və Paşinyana son sülh şansı vermişdi, ancaq Paşinyan başda olmaqla Ermənistan rəhbərliyi, öz iç üzlərini, xain xislətlərini, çirkin niyyətlərini və faşist psixologiyalarını bir daha göstərdilər. Belə ki, Moskva danışıqlarında əldə olunmuş razılığa məhəl qoymadan oktyabrın 10-dan 11-nə keçən gecə qadağan olunmuş raketlərdən və digər silahlardan istifadə edərək Gəncə şəhərini və digər ərazilərimizi qəddarcasına atəşə tutdular və nəticədə mülki əhali arasında həlak olanlar və yaralananlar oldu. Bütün dünya ölkələri və beynəlxalq təşkilatlar bir daha gördülər ki, Ermənistan rəhbərliyi qərəzli və işğalçılıq mövqeyindədir və Ermənistana qarşı ciddi tədbirlərin görülməməsi nəinki region, hətta dünya üçün təhlükədir.
Son 200 ilin hadisələri göstərir ki, ermənilər nəinki bizə, hətta digər ölkələrə də həmişə torpaq iddiasında olublar. Bu isə onların genetik xəstəliyindən xəbər verir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunacaq və şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı kimi, mən də buna tam əminəm.
Son 17 ildə və xüsusən son 15 gündə möhtərəm cənab İlham Əliyev və hörmətli xanım Mehriban Əliyeva gördükləri işlərlə öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar.
Ölkəmizin, xalqımızın, millətimizin xoş günləri hələ qabaqdadır.
Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi altında hələ çox nailiyyətlərin şahidi olacağıq.
Qələbə bizimdir!
Qarabağ bizimdir!
ƏLİ HƏSƏNOV,
Yeni Azərbaycan Partiyası
Sədrinin müavini
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19

