/ / Arif Fərzəliyev: Ali Baş Komandanımızın qətiyyətli iradəsi, Milli Ordumuzun yenilməz gücü Azərbaycanın möhtəşəm qələbəsini təmin etdi
Arif Fərzəliyev: Ali Baş Komandanımızın qətiyyətli iradəsi, Milli Ordumuzun yenilməz gücü Azərbaycanın möhtəşəm qələbəsini təmin etdi
18.11.2020 [09:27]
“Ali Baş Komandanımızın qətiyyətli iradəsi, Milli Ordumuzun yenilməz gücü Azərbaycanın möhtəşəm qələbəsini təmin etdi. Bu qələbə müasir Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. Milli birliyimiz və ordumuzun gücü Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında mühüm şərtə çevrildi. Mən Azərbaycan xalqını, Ali Baş Komandanımızı ürəkdən təbrik edirəm. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, xalqımızın milli qürurunu özünə qaytardı. Bütün dünya bir daha xalqımızın əzminin, qətiyyətinin şahidinə çevrildi”. Bunu qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev deyib.
Onun sözlərinə görə, bu qələbənin memarı həm hərbi sahədə, həm də diplomatik müstəvidə böyük uğurları ilə seçilən Prezident, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusudur. A.Fərzəliyev vurğulayıb ki, Azərbaycan Prezidentinin qətiyyəti, siyasi hazırlığı, peşəkarlığı Ermənistanın məğlubiyyətini, Azərbaycanın zəfərini təmin etmiş oldu.
Noyabrın 10-da imzalanan üçtərəfli bəyanata toxunan A.Fərzəliyev bildirib ki, bu bəyanat Ermənistanın məğlubiyyətini rəsmiləşdirdi. YAP Cəbrayıl rayon təşkilatının sədri onu da qeyd edib ki, bu bəyanat işğal altında olan digər torpaqlarımızın qan tökülmədən azad edilməsini də nəzərdə tutur.
“Azərbaycan Prezidenti müharibənin ilk günlərindən etibarən bütün torpaqlarımızın azad ediləcəyini qətiyyətli şəkildə bildirmişdi. Azərbaycanın çağırışlarına cavab verməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi 44 gündən sonra anladı ki, Azərbaycanın Silahlı Qüvvələrinə müqavimət göstərmək gücündə deyil. Çünki Cənubi Qafqaz regionunun lideri olan Azərbaycan bu gün dünyanın qlobal iqtisadi-enerji layihələrinin iştirakçısı və təşəbbüskarıdır. Azərbaycan Ordusu dünyanın ən aparıcı orduları sırasında yer alır. Ermənistan isə Azərbaycan torpaqlarını 27 il işğal altında saxlamaqla özünü regional inkişafdan təcrid etdi. Bu gün Azərbaycan yenidən öz ərazi bütövlüyünü təmin etdi. Ermənistan isə rəzil məğlubiyyətə düçar oldu”, - deyə A.Fərzəliyev əlavə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19

