Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Abbas Pənahov: Azərbaycan əsgərinin göstərdiyi bu şücaət dünyanın hərb tarixinə yazılacaq

Abbas Pənahov: Azərbaycan əsgərinin göstərdiyi bu şücaət dünyanın hərb tarixinə yazılacaq

19.11.2020 [08:50]

“Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük Qələbənin sevincini yaşayır. Azərbaycan qələbə qazandı! İşğal olunan torpaqlar azad edildi. Müzəffər Ali Baş Komandanın möhkəm iradəsi və Ordumuzun qüdrəti nəticəsində xalqımızın qurtuluş savaşı zəfərlə başa çatdı və ölkəmizin ərazi bütövlüyü təmin edildi”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü Abbas Pənahov deyib.
A.Pənahov bildirib ki, Azərbaycan əsgərinin göstərdiyi bu şücaət dünyanın hərb tarixinə yazılacaq: “Azərbaycan əsgərinin xüsusi qəhrəmanlığı nəticəsində noyabrın 8-də Qarabağın döyünən ürəyi hesab olunan Şuşa işğaldan azad edildi. Yenilməz ordumuzun ardıcıl zəfər yürüşləri ilə Vətən müharibəsində düşməni diz üstə çökdürdük. Vətən müharibəsi zəfərimizlə başa çatdı və nəhayət, Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bütün Azərbaycan xalqı Qələbəmizi böyük sevinc və coşqu ilə qeyd edir. Bütün məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaq. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Müzəffər Ali Baş Komandana, eşq olsun şanlı Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan xalqı!”.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 654 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30