Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Elçin İsmayılov: Vətən müharibəsindəki qələbə tariximizin ən parlaq səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrildi

Elçin İsmayılov: Vətən müharibəsindəki qələbə tariximizin ən parlaq səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrildi

19.11.2020 [08:52]

“Son 200 ildə ermənilər azərbaycanlılara qarşı dəfələrlə soyqırımı törədib, soydaşlarımızı dədə-baba yurdlarından zorla qovublar. Mənfur qonşumuz, eyni zamanda, 30 ilə yaxındır ki, ərazimizin 20 faizini işğal altında saxlayıb və xarici havadarlarının dəstəyi ilə mütəmadi olaraq sərhədboyu ərazilərdə təxribatlar törədib, dinc əhalini vəhşicəsinə qətlə yetirib, yaşayış məntəqələrini yerlə-yeksan edib, qəbiristanlıqları dağıdıb. Bu, əsl, faşist qəddarlığıdır”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov deyib.
E.İsmayılovun sözlərinə görə, işğalçı Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti təxribata cavab olaraq ordumuz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatı zamanı, cəmi 44 gün ərzində işğal altındakı torpaqlarımız azad edildi. O bildirib ki, illər keçəcək, amma bu Zəfər unudulmayacaq: “Noyabrın 8-də qəhrəman əsgər və zabitlərimiz Qarabağımızın gözbəbəyi olan Şuşa şəhərini işğaldan azad etdi. 10 noyabr isə xalqımız üçün Zəfər bayramı, Qələbə günü kimi tarixə düşdü. Biz qalib ölkə olaraq Ermənistana kapitulyasiyanı imzalatmağı bacardıq. Bu o deməkdir ki, onlar yalnız döyüş meydanında deyil, diplomatik müstəvidə də məğlub oldular. İşğal olunmuş ərazilərdən didərgin düşmüş 1 milyon məcburi köçkünümüz öz doğma yurdlarına qayıtmaq arzularına qovuşdu və dədə-baba torpaqlarında öz həyatlarını yenidən qurmaq imkanı qazandı. Vətən müharibəsindəki qələbə tariximizin ən parlaq səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrildi”.
E.İsmayılov vurğulayıb ki, Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir: “Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərəcək, bir yumruq kimi dövlətimizin başçısının ətrafında sıx birləşəcək. Gələcək nəsillər 2020-ci ilin Zəfər tarixini qürurla öyrənəcəklər. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 680 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30