/ / YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyi “Böyük Qələbəyə gedən yolda Yeni Azərbaycan Partiyasının rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirib
YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyi “Böyük Qələbəyə gedən yolda Yeni Azərbaycan Partiyasının rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirib
20.11.2020 [09:59]
Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 28 illiyi münasibəti ilə “Böyük Qələbəyə gedən yolda Yeni Azərbaycan Partiyasının rolu və əhəmiyyəti” mövzusunda videokonfrans formatında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova ilk öncə Vətən uğrunda gedən müharibədə möhtəşəm Qələbə qazanılması və Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü münasibəti ilə gəncləri təbrik edib. O bildirib ki, Vətən müharibəsinin zəfərlə başa çatması məhz Ali Baş Komandan, ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyevin uzaqgörən siyasəti və Onun qurduğu müasir ordumuzun gücünün nəticəsidir. N.Yunusova qeyd edib ki, 760 mindən artıq insanı öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlirdi. 21 noyabr 1992-ci il ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi bir dövrdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı. Bununla da, “Dünənin, bu günün, gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız böyük inkişaf mərhələsini yaşayır.
Daha sonra YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Faiq Məmmədli, fəal gənclər Aysel Tahirova, Selenay Rüstəmova və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və keçdiyi uğurlu yoldan, həmçinin 44 günlük davam edən rəşadətli ordumuzun əks-hücum əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən böyük qələbədən bəhs ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19

