Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xaliq Musayev: Bu tarixi qələbə Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya nümayiş etdirdi

Xaliq Musayev: Bu tarixi qələbə Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya nümayiş etdirdi

09.01.2021 [09:32]

"Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan üzərində qələbə çalması, ərazi bütövlüyümüzün bərpa edilməsi xalqımız tərəfindən böyük qürur və sevinclə qarşılanıb. Bu tarixi qələbə Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bundan sonrakı mərhələdə işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması çox mühüm əhəmiyyətə malikdir". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədr müavini, aparat rəhbəri Xaliq Musayev deyib.

Onun sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunmasında olduğu kimi, dağıdılan kənd və şəhərlərimizin yenidən qurulması və bərpası da Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində öz həllini tapacaq: “Dövlət başçısının söylədiyi kimi, bütün şəhər, qəsəbə və kəndlərimiz bərpa ediləcək. Artıq bu istiqamətdə müvafiq addımlar atılır. Bu tədbirlər yeni mərhələdə ölkəmizin sürətli inkişafına mühüm töhfə olacaq".

Paylaş:
Baxılıb: 689 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31