/ / Məlahət İbrahimqızı: Paşinyanın məqaləsi Azərbaycana qarşı düşmənçilik mövqeyində olan ölkənin baş nazirinin etirafıdır
Məlahət İbrahimqızı: Paşinyanın məqaləsi Azərbaycana qarşı düşmənçilik mövqeyində olan ölkənin baş nazirinin etirafıdır
09.01.2021 [09:38]
"Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuatda yayılmış "44 günlük müharibənin kökləri" adlı məqaləsi təkcə Ermənistanda və Cənubi Qafqazda deyil, erməni diaspor təşkilatlarında da çox böyük əks-səda doğurub. Əslində, Paşinyan bu məqaləsi ilə Qarabağ münaqişəsi ilə bağlı 27 sentyabra qədər nələr baş verdiyini və bugünkü mövcud durumu dəyərləndirib. Paşinyan məqaləsində obyektivlik göstərməyə çalışsa da, sözsüz ki, erməni xalqının, daha doğrusu, erməni separatçılarının və onları dəstəkləyənlərin də marağını qorumağa çalışıb. İlk dəfədir ki, Ermənistanın yüksəksəviyyəli bir rəsmisi sələflərini və onları dəstəkləyənləri belə açıq formada tənqid və ifşa edir. Paşinyan bu məqaləsi ilə dünyada süni olaraq yaradılmış "güclü erməni dövləti" mifini də alt-üst edib". Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
M.İbrahimqızı qeyd edib ki, Paşinyan öz məqaləsində Ermənistan diplomatiyasının, ordusunun məğlubiyyətini, ölkəsindəki hazırkı acınacaqlı durumu və iflasını ondan əvvəlki prezidentlərin uğursuz fəaliyyəti ilə əsaslandırıb. O, məhz Koçaryan-Sarkisyan cütlüyünün erməni xalqını və dövlətini fəlakətə sürüklədiyini bildirərək, onları ittiham edir: "Əslində, Paşinyan bu məqaləsi ilə belə bir saxta, uydurma, ədalətsiz, heç bir tarixi gerçəkliklərə və beynəlxalq hüquqa sığmayan ideologiyanın beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsinə görə ciddi mesajlar göndərib. Paşinyan yazısında sələfləri Koçaryan və Sarkisyanın danışıqlar prosesindəki uğursuz imitasiya etmələrini Ermənistan üçün deyil, Azərbaycan üçün çox əlverişli fürsət və imkanlar yaratdığını qeyd edir".
Deputatın sözlərinə görə, Ermənistan rəhbəri məqaləsində bildirir ki, imitasiya nəticəsində verilmiş bu zaman Azərbaycanın bütün sahələrdə, daxildə və xüsusən də, beynəlxalq aləmdə güclənməsinə səbəb olub. Həqiqətən də, ötən otuz il ərzində istər Ulu Öndər Heydər Əliyevin istərsə də, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə dövlətimizin xarici siyasətində çox böyük uğurlar qazanıldı. Azərbaycanın uğurlu diplomatiyasının nəticəsində ən mötəbər kürsülərdə, Azərbaycan həqiqətləri səsləndi. Dünyanın bütün beynəlxalq təşkilatları Ermənistanı işğalçı kimi qəbul etdi. Azərbaycan beynəlxalq müstəvidə həm diplomatik, həm də iqtisadiyyat meydanında təcavüzkar Ermənistanı məğlub etdi. Azərbaycan həm XX əsrin, həm də XXI əsrin qlobal əhəmiyyətli layihələrinin müəllifi oldu. Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına yüksəldi.
Təşkilat sədrinin sözlərinə görə, "Paşinyan "44 günlük müharibənin kökləri" adlı məqaləsi ilə etiraf edir ki, Azərbaycan bütün parametrlərlə Ermənistanla müqayisə edilə bilməyəcək dərəcədə gücləndi. Koçaryan-Sarkisyan cütlüyünün məqsədi isə hakimiyyətdə olduğu dövrlərdə soyğunçuluq və korrupsiya yolu ilə ancaq öz varidatlarını artırmaq olub. Bu gün erməni xalqı səfalət və rəzalət içindədir. Erməni xalqı ölkəni tərk etmək üçün səbirsizliklə koronavirusla bağlı karantin rejiminin bitməsini gözləyir. Paşinyanın ölkəsi bütün sahələrdə ən ağır böhran vəziyyətini yaşayır. Ordu isə məhv olmuş vəziyyətdədir.
"Məqalədə baş nazir həm açıq, həm də dolayı yolla Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə Ermənistanı beynəlxalq aləmdə blokadaya saldığını etiraf edir. Həqiqətən də, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində Prezident İlham Əliyevə qarşı nə qədər təzyiqlər olsa da, dövlət başçımız qətiyyətlə dəyişməz mövqe nümayiş etdirdi. Azərbaycan xalqının maraqlarına xidmət edən bu mövqe haqqı və ədaləti, tarixi və hüquqi həqiqətləri özündə əks etdirirdi. Məqsəd bir idi – işğala son qoymaq, bir qarış torpağı belə düşmənə verməmək. Məqalədə baş nazir özündən əvvəlki sələflərini açıq şəkildə erməni xalqını aldatmaqda günahlandırır və qeyd edir ki, istər 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən, istərsə də Lissabon sammitindən sonra Paşinyan hakimiyyətə gələnədək bütün danışıqlar prosesi Azərbaycanın xeyrinə olub. O, həmçinin Lissabon sammitini Ermənistanın ən böyük uğursuzluqlarından biri kimi xarakterizə edib", - deyə M.İbrahimqızı bildirib.
Deputatın sözlərinə görə, Ermənistanın baş naziri bu məqaləsi ilə həm də erməni xalqının uçurumla üzbəüz dayandığını qeyd edir, erməni ideoloqları və uydurma xalq qəhrəmanları tərəfindən aldadılmış xalqın gözünü açır. Məqalədə maraqlı cəhət ondan ibarətdir ki, Paşinyan Azərbaycanın ardıcıl və prinsipial səyləri nəticəsində Dağlıq Qarabağın statusunun gündəlikdən çıxmasını və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın mövqeyində də status məsələsindən bəhs olunmadığı bildirir.
"Paşinyanın məqaləsi Azərbaycana qarşı düşmənçilik mövqeyində olan bir ölkənin baş nazirinin etirafıdır", - deyə deputat vurğulayıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxGündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

