Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan və Koreyanın hakim partiyaları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Koreyanın hakim partiyaları arasında Anlaşma Memorandumu imzalanıb

29.04.2010 [11:00]

Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Koreya Respublikası Milli Assambleyasında Hannara partiyasının deputat heyətinin sədri Ahn Sanq Soo ilə görüşüb, YAP və Böyük Millət Partiyası “Hannara” arasında əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparıb. Daha sonra YAP və “Hannara” arasında anlaşma Memorandumu imzalanıb”, - bu barədə Trend-ə Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən bildirilib. Koreya Respublikasının iqtidar Böyük Millət Partiyası “Hannara”nın dəvəti ilə bu ölkədə səfərdə olan Əli Əhmədov dünən Koreyanın Milli Assambleyasının sədri Kim Hyonqo tərəfindən qəbul edilib: “Görüş zamanı bir çox sahələr üzrə ikitərəfli əməkdaşlıq münasibətləri, həmçinin iki ölkə parlamenti arasında əlaqələrin inkişaf məsələləri müzakirə olunub”, - deyə məlumatda vurğulanır.
Səfər proqramı çərçivəsində Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti Koreya - Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri Suh Byonq-su və işçi qrupun digər üzvləri ilə də görüşüb.

Paylaş:
Baxılıb: 1175 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30