Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümü Hacıqabulda qeyd edilib

Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümü Hacıqabulda qeyd edilib

29.04.2010 [11:00]

Azərbaycanın görkəmli ictimai xadimi, tanınmış oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümü münasibətilə Hacıqabul rayonunda da tədbir keçirilib. Tədbirdə çıxış  edən Yeni Azərbaycan Partiyasının (YAP) Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov Zərifə xanım Əliyevanın oftalmologiya və ümumilikdə, tibb elminin inkişafındakı xidmətlərindən danışıb. H.Bəşirov bildirib ki, tibb sahəsi üzrə çox geniş biliyə malik olan Zərifə xanım Əliyeva oftalmologiya elmində əsl novator missiyasını yerinə yetirdi: “Zərifə xanımın zəngin həyat yolu hər bir həkim üçün örnəkdir. Zərifə xanım olduqca dərin, mənalı, şərəfli bir həyat yolu keçib. Onun əsasını qoyduğu fəaliyyət sahəsi sonradan genişləndirildi, bu istiqamətdə kitablar yazıldı, elmi kəşflər olundu. Mən inanıram ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsi kimi hər zaman tibb tariximizdə yaşayacaq”.
çıxış edən  YAP Hacıqabul rayon təşkilatının sədr müavini Şükür Məmmədov da görkəmli alimin həyat yolundan bəhs edib. Natiq vurğulayıb ki, Zərifə xanım Əliyeva tanınmış alim olmaqla yanaşı, həm də çox nəcib, əsl Azərbaycan qadınına məxsus xüsusiyyətləri özündə cəmləyən insan olub. Ş.Məmmədov bildirib ki, Zərifə xanımın əziz xatirəsi hər zaman xalqımız tərəfindən yad olunacaq.

Paylaş:
Baxılıb: 1189 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30