Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Cavid Osmanov: Yeni Azərbaycan Partiyasının məramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir

Cavid Osmanov: Yeni Azərbaycan Partiyasının məramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir

10.03.2021 [08:56]

“Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın da ən böyük siyasi partiyasıdır. Partiyamız böyük ənənələrə malikdir. VII Qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu isə ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlardan irəli gəlir. Gələn il Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi olacaq və partiya öz yubileyinə yeniləşmiş formatda, daha fəal qədəm qoyur. Artıq bir neçə ildir ki, ölkəmizdə bütün sahələrdə islahatlar həyata keçirilməkdədir. Yeniliklərin tətbiqi siyasi partiyaların fəaliyyətində istər-istəməz özünü büruzə verir və yaranmış yeni reallıqlardan irəli gələrək gələcək fəaliyyətin tənzimlənməsi günün tələbinə çevrilir”. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.
Cavid Osmanov bildirib ki, Yeni Azərbaycan Partiyası da hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilat olduğu üçün yaranmış yeni situasiyalar nəzərə alınaraq növbəti qurultayın çağırılmaq zərurəti yarandı. Qurultayda yeni Nizamnamənin qəbul edilməsi partiyanın yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək. Partiyanın rəhbər orqanlarında təmsil olunan üzvlərin fəal olması, ümumi işə öz töhfələrini lazımi formada vermələri artıq yeni dövrün tələblərindəndir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının rəhbər strukturlarından olan Siyasi Şuranın ləğv edilməsi və əvəzində digər rəhbər orqan olan İdarə Heyətinin optimallaşdırılması çox mühüm və düzgün qərar hesab edilə bilər.
Millət vəkilinin sözlərinə görə, qurultayda yaşanan digər əlamətdar hadisə bir sıra partiyaların Yeni Azərbaycan Partiyasına qoşulması oldu. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır. Eyni zamanda, bu, onu göstərir ki, partiyamızın məramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Prezident İlham Əliyev İdarə Heyətinə Yeni Azərbaycan Partiyasının yeni proqramının hazırlanması və yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməsi tapşırığını verdi. Yeni qəbul ediləcək proqram Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini və siyasi hədəflərini müəyyənləşdirəcək bir sənəd olacaq.

Paylaş:
Baxılıb: 642 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31