Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Tərtər rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarəti davam etdirirlər

YAP Tərtər rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarəti davam etdirirlər

20.04.2021 [08:44]

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının üzvləri Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçular Şahbazov Ruslan Mahir oğlunun və Babazadə Mirşəmsi Elşad oğlunun ailəsini ziyarət ediblər.
“Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində keçirilən görüş zamanı Azərbaycan ordusunun 44 günlük müharibədə şücaətindən, şəhid Ruslan Şahbazovun və Mirşəmsi Babayevin keçdikləri döyüş yolundan söhbət açılıb. Bildirilib ki, hər iki hərbi qulluqçu Suqovuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Görüşlər zamanı şəhid valideynləri Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasında övladlarının da iştirakından qürur duyduqlarını bildirib, ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Partiya fəalları şəhid ailələrinin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməklik göstəriblər.

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31