Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Şəmkir rayon təşkilatının fəalları şəhid ailələri ilə görüşləri davam etdirirlər

YAP Şəmkir rayon təşkilatının fəalları şəhid ailələri ilə görüşləri davam etdirirlər

20.04.2021 [08:50]

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının fəalları rayonun Zəyəm qəsəbəsindən olan şəhid kapitan İsgəndərov Arzu Seymur oğlunun, Zəyəm-Cırdaxan kəndindən olan şəhid Nərimanzadə Ruslan İlqar oğlunun, Hacıyev İsrayıl Səməd oğlunun və Tatarlı kəndindən olan şəhid İbrahimzadə Seyhun Rafiq oğlunun ailələrini ziyarət ediblər.
Ziyarətlər zamanı YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışaraq bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə bu qəbildən olan insanların həyat şəraitinin və güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.
Şəhidlərimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 724 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30