Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Cəbrayıl rayon təşkilatının üzvləri şəhid Zamin Rəhimovun məzarını ziyarət ediblər

YAP Cəbrayıl rayon təşkilatının üzvləri şəhid Zamin Rəhimovun məzarını ziyarət ediblər

24.04.2021 [09:34]

Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş Zamin Rəhimovun məzarı ziyarət edilib. Qəhrəman şəhidimizin ad günü ərəfəsinə təsadüf edən ziyarətdə YAP Cəbrayıl rayon təşkilatının üzvləri, Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndələri, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Cəbrayıl rayon filialının üzvləri, o cümlədən ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Tədbirdə qəhrəman şəhidimizin döyüş yolu ilə bağlı geniş məlumat verilib. Şəhid Zamin Rəhimovun valideynləri Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edən övladları ilə qürur duyduqlarını dilə gətiriblər, ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

PƏRVİZ

Paylaş:
Baxılıb: 602 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31