Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Samux rayon təşkilatının nümayəndələri Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

YAP Samux rayon təşkilatının nümayəndələri Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

23.07.2021 [12:09]

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının sədri Gündüz Bayramovun rəhbərliyi ilə Gənclər Birliyinin üzvləri və partiya fəalları Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər. Görüşlərdə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirələri ehtiramla anılıb. Qeyd edilib ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi uğrunda canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, fəxr edir və qürur duyuruq.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu zəfər çaldı. Xalqımızın qəhrəman əsgər və zabitlərinin fədakarlığı, şəhidlərin canı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Şəhidlərimizin intiqamı döyüş meydanında alındı.

Görüşdə, həmçinin ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin, müharibə veteranlarının və qazilərin dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial müdafiəsinin gücləndirilməsinin daim diqqətdə saxlanıldığı ifadə edilib.

MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 716 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31