YAP Zərdab rayon təşkilatının IX hesabat konfransı keçirilib
24.08.2021 [09:54]
Avqustun 21-də Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, son 18 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi ilə genişmiqyaslı islahatlar aparılıb, respublikamızda rəqabətqabiliyyətli iqtisadiyyat formalaşıb. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində işğal altındakı ərazilərimizin azad edildiyini diqqətə çatdıran P.Mahmudova vurğulayıb ki, İkinci Qarabağ müharibəsində parlaq qələbəmiz ölkə tarixinə qızıl hərflərlə həkk olunub. YAP Zərdab rayon təşkilatının sədri deyib ki, bu gün Azərbaycan güclü dövlətdir və dünyada nüfuzlu ölkə, yerləşdiyi regionunun lideri kimi tanınır.
P.Mahmudova bildirib ki, hesabat dövründə 260 nəfər YAP Zərdab rayon təşkilatının sıralarına qəbul olunub. Hazırda partiya üzvlərinin sayı 6082 nəfərdir. Partiya üzvlərinin 1435 nəfərini gənclər, 2872 nəfərini isə qadınlar təşkil edir.
Sonra Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri İlham Musayevin hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin sədri Rəmzi Şirinov, rayon təşkilatının Şura üzvləri - Maliyyə idarəsi ərazi ilk partiya təşkilatının sədri Etibar Hacıyev, Mədəniyyət şöbəsi ərazi ilk partiya təşkilatının sədr müavini Nailə Əliyeva, Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Gülağa İsgəndərov çıxış edərək təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirib. Qurultayda edilən çıxışlarda belə bir əminlik ifadə edildi ki, partiya yeniləşmiş formatda daha fəal olacaq, qarşıda duran problemləri daha fəal icra edəcəkdir. Qarşıya qoyulan vəzifələrin icrasında bütün partiya üzvlərinin qüvvə və bacarıqlarının səfərbər edilməsinin vacibliyini xüsusi vurğulayan Ə.Tağıyev YAP Zərdab rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Zərdab rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25

