Şəhidlərin xatirəsinə abidə-bulaq kompleksinin açılışı olub
07.12.2021 [12:09]
Qubadlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binanın qarşısında şəhid Orxan Rəhimli və Coşqun Zeynallının xatirəsinə tikilmiş bulağın açılışı olub. Tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri səlahiyyətlərini icra edən, rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, Sumqayıt şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələrilə iş üzrə şöbənin müdiri Tərlan Hacızadə, Qubadlı rayon Ağsaqqallar şurasının sədri Əvəz Hüseynov, H.Z.Tağıyev qəsəbəsi Ağsaqqallar şurasının sədri Ariz Qafarov, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları iştirak ediblər. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Daha sonra vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Allahverdi Haxverdiyev bildirib ki, Azərbaycanın müzəffər ordusu cəmi 44 gün ərzində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi. Vətən müharibəsində şəhid olan hərbçilərimizin hər birinin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atılır. Bununla yanaşı, şəhid ailələrinin sosial problemlərinin də hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanıldığını deyən A.Haxverdiyev əlavə edib ki, Azərbaycan xalqı Qarabağın azadlığı uğrunda tarix yazan qəhrəmanlarımızı daim fəxr və iftixarla anacaq.
Sonra çıxış edən şəhidlərin döyüş yoldaşları onlarla bağlı xatirələrini bölüşüblər. Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52

