/ / YAP bütün fəaliyyətini xalqımızın maraqlarına uyğun şəkildə qurur və Azərbaycan dövlətçiliyinin inkişafına həsr edir
YAP bütün fəaliyyətini xalqımızın maraqlarına uyğun şəkildə qurur və Azərbaycan dövlətçiliyinin inkişafına həsr edir
20.10.2010 [09:28]
Dünən Sabirabad rayonunun Qaratəpə kəndində noyabrın 7-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə namizədi Rüstəm Xəlilovun seçicilərlə görüşü keçirilib. Tədbirdə ilk olaraq çıxış edən Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev rayonda parlament seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərdən danışıb. Onun sözlərinə görə, YAP Sabirabad rayon təşkilatı bu seçkilərə ciddi hazırlaşır və öz işini Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və Partiyanın Mərkəzi Aparatının tövsiyələrinə uyğun şəkildə qurub. Bütün zəruri seçki prosedurlarını uğurla həyata keçirən təşkilat hazırda rayonun bir çox kəndlərini əhatə edən geniş təşviqat kampaniyası həyata keçirir. O, bu məqsədlə seçicilərlə görüşlər keçirildiyini, partiyanın bu seçkilərdə qarşısına qoyduğu məqsəd və vəzifələr haqqında geniş məlumat verildiyini bildirib. Nadir Quliyev deyib ki, YAP-a, partiyanın həyata keçirdiyi bütün tədbirlərə, atdığı addımlara və qəbul etdiyi qərarlara böyük dəstək verən Sabirabad rayon sakinləri parlament seçkilərində də hakim partiyanın namizədinə səs verəcəklər. YAP Sabirabad rayon təşkilatının sədri, həmçinin, partiyanın namizədi Rüstəm Xəlilovun tərcümeyi-halı, ötən 5 ildə Milli Məclisin üzvü kimi gördüyü işlər və fəaliyyəti haqqında geniş məlumat verib.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə namizədi Rüstəm Xəlilov ilk olaraq, ölkəmizdə müşahidə olunan iqtisadi nailiyyətlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu iqtisadi-sosial siyasətindən danışıb və son 7 ildə ölkəmizdə görülmüş işlər barəsində ətraflı məlumat verib. O, bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir. Onun sözlərinə görə, dövlət başçısının müəyyən etdiyi mükəmməl islahatlar kursu Azərbaycanın müstəqil iqtisadi modelinin formalaşması üçün əsaslı təməllər yaradıb. Prezident İlham Əliyev ən yeni tarixin ortaya çıxardığı siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi stabilliyin möhkəmlənməsinə baza yaratmaqla, iqtisadi tərəqqi erasının təməlini də qoyub. ölkədə hökm sürən sabitliyin qorunmasının və möhkəmlənməsinin inkişafın əsas indikatoru olduğunu başlıca şərt hesab edən dövlət başçısı bu meyarın qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Respublikamız makroiqtisadi sabitlik, yüksək milli yığımlar, eləcə də, inflyasiya tempi, bazarların səmərəliliyinin artırılması ilə bağlı göstəricilərə görə, bir sıra inkişaf etmiş dövlətləri qabaqlamaqda davam edir: “Əsas indikatorlardan biri olan əmək bazarında islahatların aparılmasına görə, Azərbaycan hər il öz vəziyyətini daha da yaxşılaşdırır. Yeni iş yerlərinin yaradılması və məşğulluğun təmin edilməsi ilə bağlı hökumətin strateji addımlarının məntiqi nəticəsi öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycan dövləti bütün fövqəladə hadisələrə tam hazırdır. Biz bunu bu ilin aprel və may aylarında baş vermiş təbii fəlakət zamanı müşahidə etdik. Bilirsiniz ki, bu rayonlardan biri də məhz bizim rayonumuz - Sabirabad idi. Azərbaycan dövləti heç bir xarici yardıma ehtiyac duymadan təbii fəlakətin daha ağır zərbələr vurmasının qarşısını aldı və qısa müddət ərzində fəsadları tam aradan qaldırmağa nail oldu. Bu gün təbii fəlakətdən əziyyət çəkən əhali hər cür dövlət qayğısı ilə əhatə olunub, onlara yeni evlər tikilib, təmirə ehtiyac duyan evlər tamamilə yenilənib”.
Rüstəm Xəlilov xüsusi olaraq, vurğulayıb ki, ölkəmizin belə yüksək inkişaf tempi ilə irəliləməsində hakim Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Ulu öndər Heydər Əliyevin yaratdığı və inkişaf istiqamətlərini müəyyənləşdirdiyi YAP bütün fəaliyyətini yalnız və yalnız xalqımızın maraqlarına uyğun şəkildə qurur və Azərbaycan dövlətçiliyinin inkişafına həsr edir. Ona görə də, bu gün YAP Azərbaycanın hər yerində sevilən və dəstəklənən bir siyasi təşkilatdır. Xalqımız YAP-ın bütün qərar və addımlarını öz iradəsi ilə dəstəkləyir, onların həyata keçirilməsində fəal rol oynayır: “Beləliklə də xalqımızın həm cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa böyük dəstəyi, həm cənab Prezidentin şəxsiyyətinə olan hörmət və sevgisi, həm də dövlət başçısının sədri olduğu Yeni Azərbaycan Partiyasına böyük dəstək və rəğbəti onu deməyə əsas verir ki, bu seçkilərdə də YAP namizədlərinin qalib gələcəyi şübhəsizdir”.
Milli Məclis üzvlüyünə seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışan Rüstəm Xəlilov vurğulayıb ki, bundan sonra da dövlətçiliyə, təmsil etdiyi Yeni Azərbaycan Partiyasının siyasi kursuna uyğun şəkildə fəaliyyətini davam etdirəcək, vətəndaşlarımızın sosial-rifah halının daha da yaxşılaşdırılması yönündə qərarların qəbul olunmasına yardımçı olmağa çalışacaq. O deyib ki, gələcək fəaliyyətində də seçicilərin istəklərini, maraqlarını əsas tutaraq, onları ən layiqli şəkildə təmsil edəcək.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

