YAP-ın namizədlərinə böyük inam və etimad var
20.10.2010 [09:31]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Malik Həsənov rayonun Hamarqışlaq, Seyidbazar, Astanlı və Kürdlər kəndlərinin seçiciləri ilə görüş keçirib. YAP-ın parlament seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Mirsüleyman Mirxaslı çıxış edərək ölkəmizdə təmin olunmuş möhkəm sabitlik və əmin-amanlıq şəraitində həyata keçirilən uzunmüddətli davamlı inkişaf proqramlarının mühüm nəticələrindən bəhs edib. Mirsüleyman Mirxaslı bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman böyük xalq dəstəyinə güvənərək bütün seçkilərdə inamlı qələbə qazanıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb. Xalqın sosial rifahının yüksəldilməsi həmişə YAP-ın ali məqsədlərindən biri olub. Partiyamızın bölgədə və dünyada artan nüfuzunun başlıca səbəblərindən biri də məhz güclü sosial dayaqlarının olmasıdır.
YAP-ın 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə deputatlığa namizədi barəsində məlumat verən M.Mirxaslı qeyd edib ki, 1971-ci ildə Cəlilabad şəhərində anadan olan Malik Həsənov iki ali təhsil müəssisəsini bitirib və gənc yaşlarından ölkəmizin iqtisadi-sosial həyatı ilə bağlı müxtəlif tədbirlərdə fəal iştirakı ilə fərqlənib. Yeni Azərbaycan Partiyasının sıralarında fəallığı ilə seçilən Malik Həsənovun işgüzarlığı Cəlilabad sakinlərinin rəğbəti ilə qarşılanmaqdadır. Buna görə də, YAP-ın layiqli namizədlərindən biri kimi, Malik Həsənovun noyabrın 7-də keçiriləcək seçkilərdə qalib gələcəyi şəksizdir.
Tədbirdə çıxış edən YAP-ın 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə deputatlığa namizədi Malik Həsənovun vəkili Cahangir Muradov qeyd edib ki, ölkəmizdə həyata keçirilən islahatlar xüsusilə bölgələrdə daha çox hiss olunur. Bu gün rayonlarda yeni yolların çəkilməsi, kommunal infrastrukturların yaradılması, kommunikasiya sistemlərinin yenidən qurulması, sosial obyektlərin bərpası insanların rahatlığına və yaxşı yaşamasına imkan verib. Xalqımızın sosial vəziyyətinin yaxşılaşması onların indiki hakimiyyətə inamını gücləndirir. Xalq çoxlu vədlər verən, amma bunu əməli və işi ilə yerinə yetirməyənlərə inanmır. Artıq bu cür dövr çoxdan arxada qalıb. İndi ölkəmizdə tamamilə başqa bir mənzərə hökm sürür, YAP-ın namizədləri indiyə kimi keçirilən bütün seçkilərdə verdiyi vədlərə əməl etdiyinə görə, xalq tərəfindən sevilir. Onlara böyük inam və etibar var. Ona görə də, Cəlilabad seçiciləri indidən öz qərarlarını dəqiqləşdiriblər, onlar birmənalı olaraq YAP-ın namizədinə səs verəcəklər. İnanırıq ki, Malik Həsənov noyabrın 7-də böyük səs çoxluğu ilə qalib gələcək.
YAP-ın 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə deputatlığa namizədi Malik Həsənov seçiciləri qarşısında çıxış edərək respublikamızın sürətli inkişafına və insanların rifah halının yaxşılaşmasına səbəb olan davamlı proqramların əhəmiyyətinə toxunub. O bildirib ki, respublikamızın bütün rayonlarında olduğu kimi, Cəlilabadda da sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən siyasət respublikamızda sabitliyin möhkəmlənməsinə, insanların sosial rifah halının yaxşılaşmasına səbəb olub. Azərbaycanda demokratik təsisatların fəaliyyəti getdikcə təkmilləşdirilib, söz və mətbuat azadlığına verilən dəstək gücləndirilib, vətəndaşların hüquqlarının qorunması sistemi və mexanizmi daha da yaxşılaşdırılıb. Bu gün ölkəmizdə əmin-amanlıq, hər kəsin dinc və rahat yaşaması və fəaliyyət göstərməsi üçün əlverişli şərait mövcuddur.
Malik Həsənov bildirib ki, son illər respublikamızın inkişafına xidmət edən tədbirlərin daha geniş vüsət alması nəticəsində əhalinin sosial vəziyyəti daha da yaxşılaşıb. Bu mükəmməl strategiya hökumətə və iqtidar partiyası olan YAP-a inamı artırır, əhalinin rəğbətini yüksəldir. ölkəmizin inkişafına təkan verən uzunmüddətli islahatlar proqramı bu hakimiyyətə, iqtidar partiyası olan YAP-a inam və etibarın möhkəmlənməsinə dərin təməllər yaradır. M.Həsənov deyib ki, partiyamızın bölgədə və dünyada artan nüfuzunun başlıca səbəblərindən biri də məhz güclü sosial dayaqlarının olmasındadır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yüksək inkişaf və tərəqqi konsepsiyasının YAP Sədri, Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi və keyfiyyətcə zənginləşərək yeni mərhələyə qədəm qoyması xalqın iqtidara və partiyamıza olan inam və etibarını daha da möhkəmləndirib. çünki xalq ilbəil yaşayış vəziyyətinin, güzəranın yaxşılaşmasına səbəb olan davamlı islahatlarının nəticələrini öz həyatlarında hiss edərək dəyərləndirir.
Malik Həsənov onu da bildirib ki, əgər ona etimad göstərilərsə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin fəal təbliğatçısı və icraçısı olmağa, YAP-ın prinsiplərinin, seçicilərin arzu və istəklərinin reallaşdırılması istiqamətində daha fəal olmağa çalışacaq. ölkəmizin və Cəlilabad rayonunun hərtərəfli inkişafı və tərəqqisi üçün səylərimi artıracaq.
Tədbirdə çıxış edən Cəlilabad rayonunun Hamarqışlaq, Seyidbazar, Astanlı və Kürdlər kəndlərinin seçiciləri adından Yavər Hüseynov, Fəxrəddin Bağırov, Ramiz Bəhrəmov, Hacı Hüseyxan, Etibar Abdullayev, Bəhmən Ağayev, Aslan Nərimanov, Nəriman Abdullayev, Həqiqət Şahbazova və digərləri bildiriblər ki, onlar YAP-ın namizədi Malik Həsənovu birmənalı olaraq dəstəkləyirlər. Seçicilər Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda həyata keçirilən davamlı islahatları həmişə dəstəklədiklərini və xalqın rifah halının yaxşılaşmasına nail olan iqtidara sadiq olduqlarını qeyd ediblər. Cəlilabadlılar həmişə YAP-ı dəstəklədiklərini və növbəti seçkilərdə də partiyanın mütləq qələbəsinə əmin olduqlarını bildiriblər.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45

