Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən sevilir və dəstəklənir
21.10.2010 [09:49]
Noyabrın 7-də keçiriləcək növbəti parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniya çərçivəsində seçicilərlə keçirilən görüşlərdən biri də dünən Sumqayıt şəhərində olub. Yeni Azərbaycan Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkilliyinə namizədi Babayev Muxtar Bahadur oğlunun şəhərin 12-ci mikrorayonunun seçiciləri ilə görüşü 5 saylı binanın qarşısında baş tutub.
Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev hakim partiyanın ölkənin hər yerində olduğu kimi, Sumqayıtda da parlament seçkilərinə ciddi şəkildə hazırlaşdığını söyləyib. Şəhər təşkilatının sədri deyib ki, YAP parlament seçkilərinə “Güclü dövlət, yüksək rifah” şüarı ilə qatılıb: “Əminəm ki, Sumqayıt seçiciləri məhz öz xalqına hər zaman xidmət edən və demokratiyanın inkişafına dəstək verən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Onun sözlərinə görə, hakim partiya millət vəkilliyinə o namizədləri irəli sürməyə çalışıb ki, həmin seçki dairələrində insanlar onu dəstəkləsinlər və onun vasitəsilə Milli Məclisdə təmsil olunsunlar. Belə namizədlərdən biri də bu gün sizlərin görüşünə gələn Muxtar Babayevdir. Namizədin tərcümeyi-halı barədə görüş iştirakçılarını məlumatlandıran A.İmaməliyev sonra sözü M.Babayevin vəkillərinə verib.
Namizədin vəkili, Əməkdar müəllim, Sumqayıt şəhəri, 21 saylı orta məktəbin direktoru Zakir Əliyev Muxtar Babayevin malik olduğu şəxsi keyfiyyətlər barədə danışıb: “Muxtar Babayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinə baş direktor təyin olunan gündən istər müəssisədə, istərsə də şəhərimizdə bir canlanma hiss edilir. Bu insanın yeganə məqsədi sumqayıtlılara kömək etmək, Sumqayıt iqtisadiyyatını, kimyasını dirçəltməkdir. Muxtar müəllim Sumqayıta ayağını qoyan gündən öz komandası ilə bir məqsədə xidmət edib-kimyanın inkişafına və insanların sosial rifah halının yüksəldilməsinə nail olmaq. Bu ilin aprel ayından indiyə qədər həyata keçirilən işlər Muxtar Babayevin bu məqsədlərə çatdığını deməyə əsas verir. Belə bir şəxsi millət vəkili seçməklə bizlər yalnız qazana bilərik. çünki Muxtar Babayev işləməyi, Sumqayıt üçün nələrisə etməyi qarşısına məqsəd qoyan bir insandır”.
çıxış edən digər vəkillər də diqqəti namizədin keçdiyi yola yönəldib, seçiciləri Muxtar Babayevə səs verməyə çağırıblar.
Seçicilər qarşısında çıxış edən millət vəkilliyinə namizəd Muxtar Babayev qeyd edib ki, son illər ərzində həyata keçirilən islahatlar nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzu daha da artıb, Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqeyini ardıcıllıqla nümayiş etdirməkdədir: “Azərbaycan dünyanın aparıcı dövlətlərinin enerji təhlükəsizliyində strateji mövqeyə malikdir. 2004-2009-cu illər ərzində ölkəmizin inkişaf baxımından yeni mərhələyə qədəm qoyması və iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin baş verməsi Azərbaycanın ümumi inkişafını daha da sürətləndirib. Bütün bu nailiyyətlər isə sözsüz ki, iqtidarın uğurlarını möhkəmləndirir, xalqın hakimiyyətə olan sonsuz inamını daha da gücləndirir”.
Daha sonra platforması haqqında ətraflı məlumat verən namizəd deyib ki, şəhərdəki təqaüdçülərə, ahıl və kimsəsiz insanlara xüsusi qayğı göstərilməsi, həmçinin, əqli və fiziki cəhətdən qüsurlu olan uşaq evlərinə köməklik edilməsi də daim onun diqqətində olacaq məsələlər sırasındadır.
Muxtar Babayev çıxışını aşağıdakı sözlərlə tamamlayıb: “Mən kimdənsə “gəlin Muxtar Babayevə səs verin” xahişini etmək istəmirəm. Mənim siz sumqayıtlılardan bir xahişim var. Noyabrın 7-də seçki məntəqələrinə gəlin, seçkilərə biganə olmayın. Bir də seçəcəyiniz namizəd barədə ciddi düşünün. Yəni, çox istərdim ki, seçdiyiniz bu insan -Muxtar Babayev olsun, yaxud da digəri olsun, mən inanıram ki, səs verəcəyiniz həmin namizəd məhz Muxtar Babayev olacaq-doğrudan da bu şəhəri sevərək, Sumqayıtın daha da inkişaf etdirilməsində yaxından iştirak etsin. çünki bu gün biz yeni Sumqayıtın astanasındayıq. Tez bir zamanda Sumqayıtın necə dəyişdiyini görəcəksiniz”.
Tədbirdə çıxış edən sakinlər noyabrın 7-də seçki məntəqələrinə gələrək hakim partiyanın namizədi Muxtar Babayevə səs verəcəklərini bəyan ediblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39

