İmişli rayonunun seçiciləri ən layiqli namizədə - Əsabil Qasımova səs verəcəklər
22.10.2010 [11:48]
Yeni Azərbaycan Partiyasının (YAP) 7 noyabrda keçiriləcək parlament seçkilərində irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası İmişli rayonunda da uğurla davam edir. Rayonun Qulubəyli, ölcələr və Qaraqaşlı kəndlərində partiyanın 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədi Əsabil Qasımovun seçicilərlə görüşləri keçirilib. Görüşləri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri, partiyanın parlament seçkilərində səlahiyyətli nümayəndəsi Səfa Ağayev qeyd edib ki, parlament seçkilərinə start verilən gündən etibarən Yeni Azərbaycan Partiyası bütün zəruri seçki hərəkətlərini Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və partiyanın seçki proqramına müvafiq şəkildə və yüksək mütəşəkkilliklə həyata keçirib. Hazırda isə təşviqat kampaniyası davam edir və partiyanın namizədləri yerlərdə seçicilərlə görüşürlər: “Yeni Azərbaycan Partiyası bu seçkilərə hazırlığa ötən seçkilər başa çatan kimi start verib. Bu dövr ərzində lazımi təhlillər aparılıb, vətəndaşlarla iş yüksək səviyyədə qurulub. Aparılan geniş araşdırmalardan sonra hakim partiya öz namizədlərini müəyyənləşdirib və tam səmimiyyətlə deyə bilərəm ki, YAP tərəfindən irəli sürülən namizədlər Azərbaycan dövlətçiliyinin inkişafında, partiyamızın möhkəmlənməsində və qüdrətlənməsində, xalqımızın sosial rifah halının yaxşılaşdırılmasında müstəsna xidmətləri olan, cəmiyyətimiz tərəfindən yüksək hörmət və ehtiramla qarşılanan, nüfuzlu insanlardır. Ona görə də, YAP bu şəxslərə böyük etimad göstərərək, onların namizədliyini irəli sürüb. 79 saylı İmişli seçki dairəsindən isə partiyamızın İdarə Heyətinin qərarına əsasən, “Karat” Holdinq MMC-nin direktoru, həmyerlimiz Əsabil Qasımovun namizədliyi irəli sürülüb. Mən hesab edirəm ki, İmişli rayonunun seçiciləri də partiyamızın bu qərarını dəstəkləyərək, Əsabil Qasımova səs verəcəklər”.
Daha sonra namizədin tərcümeyi-halı haqqında məlumat verən S.Ağayevin sözlərinə görə, Əsabil Qarakişi oğlu Qasımov 8 noyabr 1955-ci ildə İmişli rayonunda anadan olub. 1980-ci ildə Moskva Yeyinti Sənaye İnstitutunu bitirib. Əmək fəaliyyətinə Bakı Ət Kombinatında başlayıb və sonralar öz bacarığı və qabiliyyəti hesabına müxtəlif vəzifələrə yüksəlib. Hazırda isə “Karat” Holdinq MMC-nin direktorudur: “Əsabil müəllim, bacarıqlı iş adamı və Vətənini, xalqını sevən vətənpərvər insan olmaqla yanaşı, gözəl, səmimi, xeyirxah əməlləri ilə tanınır. Əsabil müəllim ona ünvanlanan heç bir müraciəti cavabsız qoymur, köməksiz, imkansız insanların daim köməyinə çatır, onlara əl tutur. O, həm də yaxşı təşkilatçıdır. Heç də təsadüfi deyil ki, bu gün onun rəhbərlik etdiyi müəssisə Azərbaycan xalqına, dövlətinə yüksək səviyyədə xidmət edir, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ona görə də, mən bütün İmişli sakinlərini məhz belə bir namizədə, xalqa, dövlətə sədaqətlə xidmət edən Əsabil Qasımova səs verməyə çağırıram”.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədi Əsabil Qasımov ilk olaraq, ölkəmizdə həyata keçirilən sosial iqtisadi siyasətin uğurlarından danışıb. Onun sözlərinə görə, müasir Azərbaycan dövlətçiliyinin banisi, Ulu öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb: “Bu gün ölkəmizin bütün bölgələrində davamlı inkişaf layihələri həyata keçirilir. Rayon mərkəzləri, qəsəbə və kəndlərin sosial infrastrukturu, kommunal xidmət sektoru yenidən qurulur. Hər bir bölgədə yeni istehsal və emal müəssisələri, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə yeni obyektlər yaradılır, infrastrukturun, o cümlədən, elektrik enerjisi, qaz və su təchizatı, nəqliyyat və rabitə infrastrukturunun, sosial infrastrukturun inkişafı istiqamətində uğurlu addımlar atılır. Eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, onların güzəranının xeyli yaxşılaşdırılması üçün işlər görülür. Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi son nəticədə bütün rayonların simasının dəyişməsinə səbəb olmaqdadır”. Parlament seçkilərinin Azərbaycanın inkişafında mühüm mərhələlərdən biri olduğunu xatırladan Ə.Qasımov deyib ki, deputat olmaq üçün əsas resurs xalqın səsidir, vətəndaşların namizədə olan inamının təmin olunmasıdır. Yəni, seçici yaşadığı ərazidən namizədə inanmırsa, etibar etmirsə, həmin şəxsin deputat olması absurddur. O öz platforması haqqında da geniş məlumat verərək millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb: “Deputat seçiləcəyim təqdirdə seçicilərimin qaldırdığı məsələləri parlamentin tribunasından səsləndirəcəyəm. Əsas məsələ isə ölkəmizin ümumi inkişafına öz töhfəsini verən bölgələrdə iqtisadi fəallığın artması, sahibkarlığın inkişaf etdirilməsi, onların maliyyə təminatının gücləndirilməsi, investisiyaların cəlb olunmasının genişlənməsi, rayonların mövcud iqtisadi potensialından geniş şəkildə istifadə olunması, rəqabət mühitinin daha da yaxşılaşdırılması və digər iqtisadi bölmələrlə bağlı qanunvericilik təşəbbüsündən ibarətdir. Yəni, seçicilər mənə etimad göstərəcəyi halda, qeyd etdiyim məsələlərlə bağlı qanunların qəbul olunmasında təşəbbüslər irəli sürmək niyyətindəyəm. Məlum olduğu kimi, İmişli rayonunda daha çox kənd təsərrüfatı, yeyinti, emal sahələri inkişaf edib. Bu rayonun kifayət qədər iqtisadi imkanları var, aqrar sahədə çalışan insanların istehsal qabiliyyətləri genişdir. Ona görə də, bu rayonda həm daxili, həm də xarici investisiyaların cəlbini artırmaqla qeyri-neft sektorunun inkişafını gücləndirmək mümkündür. ümumiyyətlə, investisiya axınının daha çox regionlara yönləndirilməsi ilə rayonların yüksək inkişafına nail olmaq hökumətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir. Amma rayonlardakı inkişaf layihələrinin maliyyələşdirilməsi, müxtəlif proqramların həyata keçirilməsi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, sərmayə qoyuluşlarının artırılması, yeni müəssisələrin yaradılması və digər məsələləri təkcə dövlətin üzərinə qoymaq düzgün olmazdı. Yəni, bütün iqtisadi tədbirlərin hamısını hökumətin imkanları hesabına reallaşdırmaq olmaz. Parlamentdə bu kimi məsələlərə dair təkliflərim var. Bir sözlə, deputat seçiləcəyim təqdirdə hər bir seçicimin, hər bir vətəndaşımızın probleminə həssas yanaşacam, onların probleminə çalışacam, mənə göstərilən etimadı doğruldacağam”.
Tədbirdə çıxış edən kənd sakinləri Əsabil Qasımova böyük inam və hörmət bəslədiklərini, bu seçkilərdə də məhz ona səs verəcəklərini bir daha bəyan ediblər.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

