/ / Ölkəmizin inkişafı iqtidarın uğurlarını möhkəmləndirir, xalqın hakimiyyətə olan sonsuz inamını gücləndirir
Ölkəmizin inkişafı iqtidarın uğurlarını möhkəmləndirir, xalqın hakimiyyətə olan sonsuz inamını gücləndirir
23.10.2010 [11:05]
Yeni Azərbaycan Partiyasının (YAP) 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədi Əsabil Qasımovun seçicilərlə görüşləri davam edir. O, növbəti görüşlərini rayonun Mürsəlli, Xəlfəli və Muradalılı kəndlərində keçirib. Görüşləri giriş nitqi ilə açan partiyanın İmişli rayon təşkilatının sədri, YAP-ın parlament seçkilərində səlahiyyətli nümayəndəsi Səfa Ağayev ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı geniş məlumat verib. Rayon təşkilatının sədri bildirib ki, hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar artıq öz məntiqi nəticələrini göstərməkdədir. Bu gün Azərbaycan dünyanın ən çox diqqət ayırdığı, demokratik təsisatların yüksək səviyyədə inkişaf etdiyi ölkələrdən biridir. Təbii ki, demokratiyanın ən başlıca tələblərindən biri xalqın dövlət idarəçiliyində iştirakının təmin olunmasıdır. Buna görə də, hakimiyyətin əsas qollarından biri olan qanunverici orqan - Milli Məclis məhz xalqın səs verməsi yolu ilə formalaşır. Budəfəki parlament seçkiləri də demokratiyanın daha yüksək səviyyədə inkişafı baxımından olduqca böyük əhəmiyyətə malikdir: “Bu gün dünyanı öz cənginə alan, bütün ölkələrin maliyyə institutlarını iflic vəziyyətə salan, o cümlədən, vətəndaşların sosial vəziyyətinə mənfi təsir göstərən iqtisadi böhran Azərbaycandan yan keçdi. Bunun arxasında Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş düzgün iqtisadi siyasət dayanırdı. Təbii ki, bu siyasətin həyata keçirilməsində ölkəmizin hakim partiyası olan Yeni Azərbaycan Partiyasının da müstəsna xidmətləri var. Ona görə də, mən bütün seçicilərimizi, bu inkişafın davamlı olmasına öz töhfəsini verə biləcək yeganə qüvvəyə-Yeni Azərbaycan Partiyasına səs verməyə çağırıram”.
Daha sonra Yeni Azərbaycan Partiyasının 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədi Əsabil Qasımovun tərcümeyi-halı və fəaliyyəti barədə məlumat verən S.Ağayevin sözlərinə görə, Əsabil Qarakişi oğlu Qasımov 8 noyabr 1955-ci ildə İmişli rayonunda anadan olub. 1980-ci ildə Moskva Yeyinti Sənaye İnstitutunu bitirib. Əmək fəaliyyətinə Bakı Ət Kombinatında başlayıb və sonralar öz bacarığı və qabiliyyəti hesabına müxtəlif vəzifələrə yüksəlib. Hazırda isə “Karat” Holdinq MMC-nin direktorudur: “Əsabil müəllim, bacarıqlı iş adamı və Vətənini sevən vətənpərvər insan olmaqla yanaşı, gözəl, səmimi, xeyirxah əməlləri ilə tanınır. Əsabil müəllim, ona ünvanlanan heç bir müraciəti cavabsız qoymur, köməksiz, imkansız insanların daim köməyinə çatır, onlara əl tutur. Əsabil müəllim, həm də yaxşı təşkilatçıdır. Heç də təsadüfi deyil ki, bu gün onun rəhbərlik etdiyi müəssisə Azərbaycan xalqına, dövlətinə yüksək səviyyədə xidmət edir, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ona görə də, mən bütün İmişli sakinlərini məhz belə bir namizədə, xalqa, dövlətə sədaqətlə xidmət edən Əsabil Qasımova səs verməyə çağırıram”.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədi Əsabil Qasımov deyib ki, son 5 ildə respublikamızın iqtisadi, siyasi, sosial, elmi, humanitar həyatı mühüm tarixi hadisələrlə zəngin olub: “ölkə həyatının bütün sahələrində, eyni zamanda, daxili və xarici siyasətdə, ictimai bölmədə böyük nailiyyətlər əldə olunub. ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən kompleks və sistemli islahatlar həyata keçirilib. Dövlətimizin başçısının mahir və çevik idarəetmə qabiliyyəti, Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən strateji qərarları, eyni zamanda, mükəmməl iqtisadi strategiyası nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikası qeydə alınmaqdadır. Son 5 ildə beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artıb, ölkəmiz regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqeyini ardıcıllıqla nümayiş etdirməkdədir. Respublikamız dünyanın aparıcı dövlətlərinin enerji təhlükəsizliyində strateji mövqeyə malikdir. 2004-2009-cu illər ərzində ölkəmizin inkişaf baxımından yeni mərhələyə qədəm qoyması və iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin baş verməsi Azərbaycanın ümumi inkişafını daha da sürətləndirib. Qeyd olunan illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artıb. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Azərbaycanın iqtisadi inkişaf strategiyasını daha da möhkəmləndirmək üçün dinamik iqtisadi artıma, dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsinə və maliyyə sabitliyinin qorunmasına dərin təməllər yaradan proqramların gerçəkləşməsinə istiqamətlənən strateji xətti yürütməklə diqqəti cəlb etməkdədir. Miqyas baxımından bütün ölkə ərazisini əhatə edən yeni inkişaf konsepsiyası sosial proqramların genişlənməsi və əhalinin yaşayış imkanlarının hədsiz dərəcədə yaxşılaşmasına görə, əhəmiyyət daşıyır. Bütün bu nailiyyətlər sözsüz ki, iqtidarın uğurlarını möhkəmləndirir, xalqın hakimiyyətə olan sonsuz inamını gücləndirir”.
Deputat seçiləcəyi təqdirdə görəcəyi işlər haqqında məlumat verən Əsabil Qasımov deyib ki, millət vəkilinin əsas vəzifəsi qanunların qəbulunda fəal iştirak etmək, bu istiqamətdə lazımi təşəbbüslərlə çıxış etməkdir: “Millət vəkili seçiləcəyim təqdirdə 5 illik fəaliyyətim dövründə kifayət qədər fəal olacağıma söz verirəm. Bundan başqa, sizlərin etimad göstərdiyi, inandığı bir millət vəkili olaraq, daim sizin aranızda olacaq, müraciətlərinizə həssaslıqla yanaşacaq, bütün problemlərinizin aradan qaldırılması üçün əlimdən gələni əsirgəməyəcəm. çalışacam ki, 5 il sonra sizlərin hüzurunuza çıxıb alnı açıq, üzüağ, sizlərə, etimadınıza layiq bir millət vəkili olduğumu deməyə haqqım olsun”.
Tədbirdə çıxış edən kənd sakinləri Əsabil Qasımovu yaxşı tanıdıqlarını, bir eloğlu kimi, qurub yaradan bir şəxs kimi ona böyük hörmət bəslədiklərini, bu seçkilərdə məhz Yeni Azərbaycan Partiyasının namizədi olan Əsabil Qasımova səs verəcəklərini söyləyiblər.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16

