YAP-ın qazandığı bütün nailiyyətlərin əsasında xalq sevgisi, xalq dəstəyi dayanır
27.10.2010 [10:14]
Yeni Azərbaycan Partiyasının (YAP) 84 saylı Füzuli seçki dairəsindən namizədi, Milli Məclis sədrinün müavini Bahar Muradova təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Bahar Muradova dünən növbəti görüşlərini Şirvan rayonunda məskunlaşmış Füzulidən olan qaçqın və məcburi köçkünlərlə keçirib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Füzuli rayon təşkilatının sədri, partiyanın parlament seçkilərində səlahiyyətli nümayəndəsi Hafiz Tahirov ilk olaraq, vurğulayıb ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, bütövlükdə regionun ən böyük və güclü siyasi təşkilatıdır. Onun sözlərinə görə, partiyanın əldə etdiyi bütün nailiyyətlərin əsasında xalq sevgisi, dəstəyi dayanır: “Məhz bu dəstəyin nəticəsində YAP yarandığı tarixdən bu günə qədər keçən zaman kəsimində böyüməyə davam edib və bu proses bu gün də davam edir, ölkəmizdə keçirilən bütün siyasi kampaniyalardan, seçki prosesindən qalib ayrılıb. çünki YAP xalqın partiyası olmaq məsuliyyətini dərk edir, fəaliyyətini də bu müstəvidə qurur, hər zaman rasional addımlarla xalqın maraqlarını reallaşdırır”.
Partiyanın 84 saylı Füzuli seçki dairəsindən namizədi, Milli Məclis sədrinün müavini Bahar Muradovanın fəaliyyəti haqqında geniş məlumat verən H.Tahirovun sözlərinə görə, Bahar xanımın Milli Məclisdə çox yüksək postda təmsil olunması hər bir Füzuli sakini üçün böyük qürur, fəxr mənbəyidir. O rayonumuzu, seçicilərimizi ləyaqətlə, cəsarətlə və yüksək səviyyədə təmsil edir.
Sonra çıxış edən YAP-ın deputatlığa namizədi Bahar Muradovanın vəkili AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə isə deyib ki, tarixən Qarabağın çox böyük qadınları, tarixi şəxsiyyətləri olub: “Onlar hətta döyüş meydanlarında kişilərlə bərabər mübarizə aparıblar. Müasir tariximizdə isə Azərbaycan siyasi arenasında öz yeri, mövqeyi, rolu olan qadınlarımızdan biri Bahar Muradovadır. Bilirsiniz ki, ölkəmizdə qadınlar siyasəti yüksək səviyyədə həyata keçirilir. Bunun nəticəsidir ki, bir çox sahələrdə qadınlarımız xalqımıza mətanətlə, şərəflə xidmət edirlər. Hətta təhsil sahəsində, səhiyyədə çalışan qadınlarımız kişələrə nisbətdə demək olar ki, daha çoxdur. Amma siyasətdə uğurla fəaliyyət göstərən qadınlarımızın sayı o qədər də çox deyil”.
YAP-ın 84 saylı Füzuli seçki dairəsi üzrə namizədi, Bahar Muradovanın vəkili “Trans-servis” şirkətinin təsisçisi Azər Namazov da Bahar xanımın fəaliyyətinin hər bir seçici tərəfindən yüksək qiymətləndirildiyini vurğulayaraq əlavə edib ki, bu sevgini, hörməti o, özü qazanıb.
YAP-ın 84 saylı Füzuli seçki dairəsi üzrə namizədi, Bahar Muradovanın vəkili “Kaspian-sintez” MMC-nin prezidenti Rafayıl Quliyev də deyib ki, Bahar Muradova daim seçicilərinin yanında olur, onların problemləri ilə maraqlanır, Füzulinin daha da inkişafına çalışır: “Onun siyasi fəaliyyəti haqqında hər biriniz geniş məlumatlısınız. Bilirsiniz ki, o, sizləri yüksək səviyyədə təmsil edir. Əminəm ki, 7 noyabrdan sonra da sizin dəstəyinizlə Füzulini təmsil etməyə davam edəcək”.
Sonra çıxış edən YAP-ın 84 saylı Füzuli seçki dairəsi üzrə namizədi, Milli Məclis sədrinün müavini Bahar Muradova ilk olaraq ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından danışıb. Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti bütün sosial problemləri həll etmək iqtidarındadır. Həyata keçirilən sosial - iqtisadi islahatlar vətəndaşlarımızın yüksək həyat şəraiti ilə təmin olunmasına imkan verib: “Bilirsiniz ki, hazırda ölkəmizin ən başlıca problemi Dağlıq Qarabağ münaqişəsidir. Bu istiqamətdə cənab Prezident İlham Əliyevin ardıcıl, qətiyyətli siyasət ölkəmizi bu münaqişənin həllində önə çıxarıb. Mən əminəm ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq və işğal altındakı rayonlarımız azad olunacaq, sizlər də öz torpaqlarınıza geri qayıdacaqsınız. Buna heç kəsin şübhəsi olmasın. Sadəcə bir az da səbr göstərmək lazımdır. Bizlər hamımız dövlətimizin yanındayıq, Prezidentimizə inanırıq və Onu dəstəkləyirik”.
B.Muradova daha sonra platforması və seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində geniş danışıb: “Bilirsiniz ki, Azərbaycanın və regionun ən böyük və mütəşşəkkil partiyası olan YAP-ın Sədri cənab Prezidentimiz İlham Əliyevdir. Partiyanın namizədləri də məhz cənab Prezidentin razılığı və imzası ilə irəli sürülüb, bizə etimad göstərilib. Mənim də ən başlıca məqsədim cənab Prezidentin etimadını doğrultmaqdır. Etimadına layiq olmaq, özümü doğrultmaq mənim üçün Prezident, partiya tapşırığıdır. Hansı vəzifəni tutmağımdan asılı olmayaraq, bu tapşırığı ləyaqətlə yerinə yetirməyə çalışmışam və bundan sonra da çalışacam. Mən sizi əmin edirəm ki, əgər yenidən Milli Məclis üzvlüyünə seçiləcəyəmsə, sizləri ləyaqətlə təmsil edəcəyəm. Bütün problemlərinizin həllinə çalışmaq, kömək etmək bir füzulili kimi mənim borcumdur. Amma mənim ən böyük məqsədim və vəzifəm Konstitusiyanın verdiyi səlahiyyətlər çərçivəsində Azərbaycanın inkişafına yardım etməyə çalışmaqdır”.
Növbəti tədbirlər isə Sabirabad rayonunun Güdəcühur və Şəhriyar kəndlərində baş tutub. Bu kəndlərdə məskunlaşmış Füzuli rayonundan olan qaçqın və məcburi köçkünlərlə görüşdə də Bahar Muradovanın fəaliyyəti, platforması haqqında geniş məlumat verilib. Seçicilər əmin ediblər ki, onlar bu seçkilərdə də Bahar xanım Muradovaya səs verəcəklər.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

