Bu gün Azərbaycanın inkişafı istiqamətində real siyasət həyata keçirilir
04.11.2010 [09:50]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, partiyanın 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə deputatlığa namizədi Əli Əhmədov dünən Nərimanov rayonunda yerləşən “Bakı Əyrici-Toxucu” fabrikinin kollektivi ilə görüşüb. Kollektivi salamlayan Əli Əhmədov burada çalışan insanların əksəriyyətinin 19 saylı dairənin seçiciləri olduğunu vurğulayaraq onlarla görüşməkdən məmnun olduğunu bildirib. Müəssisənin fəaliyyətinə uğurlar arzulayan YAP Sədrinin müavini ölkəmizdə istehsal sahəsinin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb. Onun sözlərinə görə, təbii sərvətlərə malik olan ölkələr istehsalata da ciddi fikirlər verirlər: “çünki təbii sərvətlər nə vaxtsa tükənir. İnkişaf etmiş ölkələr ona görə varlıdır ki, onlar böyük istehsal sahələri yaradıblar. Bu gün Azərbaycan hökuməti də neft gəlirlərindən digər sahələrin, qeyri-neft sektorunun inkişafı məqsədilə səmərəli istifadə edir. Yeni Azərbaycan Partiyası özünün seçki proqramında da sosial, iqtisadi inkişafla bağlı mövqeyini ifadə edib. Bizim məqsədimiz, niyyətimiz budur ki, dövlətimiz daha da güclənsin, insanların rifahı daha da yüksəlsin. Bizim qarşıya qoyduğumuz vəzifə bundan ibarətdir. Xalqımız çətin dövrlər yaşayıb və bu dövr artıq arxada qalıb. Həmin vaxtdan indiyə qədər müəyyən inkişaf yolu keçmişik və bu inkişaf getdikcə daha böyük vüsət alacaq”.
YAP Sədrinin müavini Azərbaycanda kiçik və orta biznesin, istehsal sahəsinin, bütövlükdə qeyri-neft sektorunun inkişaf etdiyini vurğulayıb. Əli Əhmədov ölkəmizin sürətlə inkişaf etdiyini deyərək, ötən 5 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verib: “ölkəmiz əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycanın dəyişməsi hər şeydən əvvəl, hər bir vətəndaşın yaşayışının, həyat tərzinin və keyfiyyətinin dəyişməsini, yaxşılaşmasını nəzərdə tutur. 5 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, yüksəlib. İqtisadiyyatın yüksəlməsi sayəsində həyat dəyişib, insanların əməkhaqları, pensiyalar artıb, şəhərlərimiz və kəndlərimiz gözəlləşib. Görülən işlərin hamısı insanların rifahının yüksəlməsinə xidmət edir. Azərbaycan hökuməti insanların rifahının daha yüksəlməsi üçün ardıcıl tədbirlər həyata keçirir”.
Əli Əhmədov seçicilər qarşısında çıxışında onu da xatırladıb ki, beynəlxalq maliyyə böhranı nəticəsində bir çox inkişaf etmiş ölkələr dərin problemlərlə üzləşdikləri halda, Azərbaycana bu böhranın ciddi təsiri olmayıb. çünki hökumətimiz düzgün siyasət həyata keçirdi və bunun nəticəsində də baş verə biləcək neqativ halların qarşısı alındı. “Böhran zamanı yaxın qonşumuz olan Rusiyanın milli valyutasının dəyəri 30 faiz, Qazaxıstanda isə 40 faiz aşağı düşdü. Bu isə əhalinin güzaranına öz təsirini göstərdi, yəni pulun dəyərinin aşağı düşməsi həmin ölkənin vətəndaşlarının da alıcılıq qabiliyyətini xeyli aşağı saldı. Azərbaycanda isə məqsədyönlü siyasət nəticəsində manatın dəyəri qorunub saxlanılır” -deyə, deputatlığa namizəd vurğulayıb. Onun sözlərinə görə, ölkəmiz nə qədər güclənərsə, hər bir vətəndaş daha yaxşı, daha rahat, firavan, əmin-amanlıqla yaşayacaq.
Əli Əhmədov bildirib ki, bəzi deputatlığa namizədlər seçicilərə mümkün olmayan vədlər verirlər: “Bəziləri iddia edirlər ki, əməkhaqlarını, təqaüdləri 3-4 dəfə artırmaq mümkündür. Bu, real deyil. çünki neft gəlirlərinin hamısı indi insanlara əməkhaqları, təqaüdlər halında paylansa, onda ölkəmizin gələcəyi üçün problemlər ola bilər. Bilirsiniz ki, neftin qiyməti dəyişkəndir və qiymətin düşüb-qalxması Azərbaycandan asılı deyil. Əgər neftin qiyməti kəskin aşağı düşərsə onda artırılan maaş və təqaüdləri insanlara vermək mümkün olmayacaq. Ona görə də, Azərbaycan hökuməti bu məsələdə də düşünülmüş siyasət həyata keçirir, tədricən insanların maaş və təqaüdləri artırılır. Bilirsiniz ki, Azərbaycanın valyuta ehtiyatları 28 milyard dollar civarındadır və bu vəsaiti bir il ərzində xərcləmək ölkəmizin gələcəyi baxımından heç də düzgün addım deyil. İnsanlara yalan vədlər verənlər 1990-cı illərin əvvəlində hakimiyyətdə idilər və bacarırdılarsa, o zaman maaşları, təqaüdləri 3-4 dəfə artıraydılar. Bu gün Azərbaycan hökuməti realist siyasət həyata keçirir. Heç bir seçkidə YAP vətəndaşların səsini qazanmaq naminə həyata keçirilməsi mümkün olmayan vədlər vermir”.
YAP Sədrinin müavini noyabrın 7-də ölkəmizdə növbəti parlament seçkilərinin keçiriləcəyini xatırladaraq seçiciləri istədikləri namizədə səs verməyə çağırıb: “Mən ötən 5 il əvvəl sizlərin dəstəyinizlə 19 saylı Nərimanov birinci seçki dairəsinin seçicilərini təmsil etmişəm. 5 il ərzində mənə göstərdiyiniz dəstəyi və etimadı doğrultmağa çalışmışam. Əgər bir daha mənə etimad göstərsəniz, sizinlə bağlı olan problemlərin həll olunmasına bundan sonra da köməkliyimi göstərməyə çalışacam, bu istiqamətdə fəaliyyətimi davam etdirəcəm”.
“Bakı Əyrici-Toxucu” ATSC-nin rəhbəri Səkinə Babayeva rəhbərlik etdiyi kollektivin dövlətçiliyə sadiq olduğunu və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiklərini vurğulayıb.
Görüşdə çıxış edən seçicilər də noyabrın 7-də dövlətçiliyimizə xidmət edən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
İqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59

