Füzuli sakinləri onları ən yaxşı təmsil edəcək namizədə - Bahar Muradovaya səs verəcəklər
29.10.2010 [09:19]
Yeni Azərbaycan Partiyasının (YAP) 84 saylı Füzuli seçki dairəsindən millət vəkilliyinə namizədi, Milli Məclis sədrinin müavini Bahar Muradova təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlərini keçirib. Füzuli rayonunun Aşağı Kürdmahmudlu və Yuxarı Kürdmahmudlu kəndlərində baş tutan görüşləri giriş sözü ilə açan YAP-ın Füzuli rayon təşkilatının sədri, partiyanın parlament seçkilərində səlahiyyətli nümayəndəsi Hafiz Tahirov ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı geniş məlumat verib. Rayon təşkilatının sədri bildirib ki, hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar artıq öz məntiqi nəticələrini göstərməkdədir. Bu gün Azərbaycan dünyanın ən çox diqqət ayırdığı, demokratik təsisatların yüksək səviyyədə inkişaf etdiyi ölkələrdən biridir. Təbii ki, demokratiyanın ən başlıca tələblərindən biri xalqın dövlət idarəçiliyində iştirakının təmin olunmasıdır. Buna görə də, hakimiyyətin əsas qollarından biri olan qanunverici orqan - Milli Məclis məhz xalqın səs verməsi yolu ilə formalaşır. Budəfəki parlament seçkiləri də demokratiyanın daha yüksək səviyyədə inkişafı baxımından olduqca böyük əhəmiyyətə malikdir.
YAP-ın bu seçkilərdə iştirakı haqqında da danışan H.Tahirov deyib ki, partiyamızın 84 saylı Füzuli seçki dairəsindən namizədi Milli Məclis sədrinin müavini Bahar Muradovadır: “Mən hesab edirəm ki, Bahar xanım haqqında, onun fəaliyyəti barədə geniş danışmağa ehtiyac yoxdur. Bahar Muradova Milli Məclisdəki 10 illik fəaliyyəti ilə hər bir sakinimizin rəğbətini qazanıb. Ona görə də, tam əminliklə demək olar ki, füzulililər növbəti 5 il üçün də məhz Bahar Muradovanı dəstəkləyəcək, hamı bir nəfər kimi seçki məntəqələrinə gələrək ona səs verəcək”.
Sonra çıxış edən YAP-ın 84 saylı Füzuli seçki dairəsindən namizədi Bahar Muradovanın vəkili Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat İnstitutunun direktoru, professor Qalib Qarayev isə Bahar Muradovanın Milli Məclisin sədr müavini kimi Azərbaycan dövlətinə və xalqına xidmətindən danışıb. Onun sözlərinə görə, Bahar Muradova Milli Məclisin ən fəal üzvlərindən biri kimi, təkcə Füzulini, bu rayonun ictimaiyyətini deyil, bütün Azərbaycan xalqını müvəffəqiyyətlə və qətiyyətlə təmsil edir, onun fəaliyyətindən hər bir vətəndaşımız bəhrələnir: “Onun qanunların ərsəyə gəlməsində, hazırlanmasında ortaya qoyduğu mövqe yalnız bir məqsədə xidmət edir ki, bu qanunlar vətəndaşların maraqlarına daha çox xidmət etsin, hüquqlarımızı daha yüksək səviyyədə qorusun. O, həm də beynəlxalq aləmdə ölkəmizi yüksək səviyyədə təmsil edir, haqlarımız, hüquqlarımız uğrunda dönmədən mübarizə aparır. Ona görə də, Vətənini, dövlətini sevən hər bir kəsi Bahar Muradovaya səs verməyə çağırıram”.
Birinci çağırış Milli Məclisinin üzvü olmuş, rayon ictimaiyyətinin ağsaqqalı Məmməd Məmmədov isə çıxışına Bahar Muradovaya uğurlar arzulamaqla başlayıb. O daha sonra deyib ki, Füzuli rayonu müharibənin ağrı-acılarını uzun müddət yaşayıb, rayonun böyük bir hissəsi işğal olunub və hazırda da işğal altındadır. Füzuli sakinlərinin bəziləri öz yurd-yuvalarından didərgin düşərək Azərbaycanın müxtəlif rayonlarında özlərinə sığınacaq tapıblar. Təbii ki, dövlətimiz bu insanların, bütövlükdə qaçqın və məcburi köçkünlərin daha yaxşı yaşaması üçün əlindən gələni əsirgəmir. Problemlərimizin həlli istiqamətində çox mühüm işlər görülüb və bu gün də görülməkdədir. Amma hamımızın bir dərdi, bir problemi var. Və cənab Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycanın ən başlıca problemi Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişənin həlli üçün, torpaqlarımızın işğaldan azad olunması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə çox güclü, çevik diplomatiya həyata keçirilir. Təbii ki, bu işdə hər birimizin dəstəyinə, köməyinə ehtiyac var. Bahar xanım da bu istiqamətdə öz səylərini əsirgəmir, iştirak etdiyi bütün tədbirlərdə bu məsələni qaldırır. Yəni, Bahar xanım, hamımızın dərdinin sağalmasına, hamımızın ortaq problemimizin həllinə çalışır, vaxtının böyük bir hissəsini bu məsələyə həsr edir. Ona görə də, mən, ilk növbədə, seçicilərimizi bu məqamı nəzərə alaraq, onun səylərini düzgün dəyərləndirərək, Bahar Muradovaya səs verməyə çağırıram.
YAP-ın 84 saylı Füzuli seçki dairəsi üzrə namizədi Bahar Muradovanın vəkili “Kaspian-sintez” MMC-nin prezidenti Rafayıl Quliyev isə “Bahar Muradovanı hamıdan yaxşı tanıyan bir insan kimi, tam səmimi olaraq, deyə bilərəm ki, o, bütün gününü insanların problemlərinin həllinə, vətəndaşlara xidmət etməyə həsr edir. Ona ünvanlanan bütün müraciətlərə dərhal reaksiya verir, onları şəxsən özü araşdırır, əlindən gələn köməyi əsirgəmir” - deyib.
Rafayıl Quliyev əlavə edib ki, Bahar xanım, sizi ən yüksək səviyyədə layiqincə təmsil edir, sizin problemlərinizlə yaşayır, dərdlərinizi, sevincinizi bölüşür: “Belə bir insanı isə tək qoymaq olmaz, ona dəstək durmaq, yanında olmaq lazımdır. Mən inanıram ki, siz noyabrın 7-də məhz Bahar Muradovanın yanında olduğunuzu göstərəcəksiniz”.
Sonra çıxış edən YAP-ın 84 saylı Füzuli seçki dairəsi üzrə millət vəkilliyinə namizədi, Milli Məclis sədrinin müavini Bahar Muradova ilk olaraq, görüşə toplaşmış seçicilərə dərin təşəkkürünü bildirib. O, həmçinin, onun namizədliyini yenidən irəli sürən Yeni Azərbaycan Partiyasına, ona etimad göstərən partiya Sədri, cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirib və əlavə edib ki, ən başlıca məqsədi cənab Prezidentin etimadını doğrultmaqdır: “Dövlət başçısının etimadına layiq olmaq, fəaliyyətimlə bu inamı doğrultmaq mənim üçün Prezident, partiya tapşırığıdır. Hansı vəzifəni tutmağımdan asılı olmayaraq, bu tapşırığı ləyaqətlə yerinə yetirməyə çalışmışam və bundan sonra da çalışacam. Biz bu prosesə Prezidentin razılığı, Onun imzası ilə qoşulmuşuq. Bu imza bizə güc verir”.
O, daha sonra bildirib ki, fəaliyyətində Füzuli rayonunun sakinlərinin, ümumiyyətlə, bütün Azərbaycan xalqının dəstəyini həmişə hiss edib. Milli Məclisə seçiləcəyi təqdirdə görəcəyi işlərdən və platformasından danışan Bahar Muradova vurğulayıb ki, onun əsas platforması, əsas vəzifəsi seçicilərin, bütün xalqımızın inam və etimadına layiq olmaqdır: “Bu günə qədər hər bir addımımda, hər bir davranışımda, sizin, xalqımızın dəstəyini hiss etmişəm. Ona görə də, təmsil olunduğum istənilən kürsüdə bu dəstəyə öz əməllərimlə, fəaliyyətimlə cavab verməyə çalışmışam. Sizi əmin edirəm ki, əgər yenidən Milli Məclis üzvlüyünə seçiləcəyəmsə, yenə də sizləri ləyaqətlə təmsil edəcəyəm. Bütün problemlərinizin həllinə çalışmaq, kömək etmək bir füzulili kimi mənim borcumdur. Amma mənim ən böyük məqsədim və vəzifəm Konstitusiyanın verdiyi səlahiyyətlər çərçivəsində Azərbaycanın inkişafına yardım etmək, bu prosesdə əlimdən gələni əsirgəməməkdir”.
Qeyd edək ki, Bahar Muradovanın növbəti görüşləri Saatlı və Beyləqan rayonlarında məskunlaşmış Füzulidən olan qaçqın və məcburi köçkünlərlə keçirilib. Bu görüşlərdə də Bahar xanımın çoxspektrli fəaliyyəti haqqında geniş məlumat verilib, seçicilərin rəy və təklifləri dinlənilib. Seçicilər əminliklə vurğulayıblar ki, bu seçkilərdə də Füzulini ən yaxşı təmsil edəcək namizədə - Bahar Muradovaya səs verəcəklər.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03

