Azərbaycan Avrasiyanın əsas strateji nəqliyyat qovşaqlarından biridir
05.07.2022 [15:20]
Bu gün ölkəmiz Xəzər dənizi coğrafiyasında və daha geniş arealda təhlükəsizlik, qarşılıqlı inam və etimad mühitinin möhkəmlənməsinə mühüm töhfələr verir və bu töhfələr beynəlxalq səviyyədə yüksək qəbul olunur. Azərbaycanın geostrateji önəmini artıran faktorlar sırasında ölkəmizin tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malik olması xüsusi yer tutur. Azərbaycan özünün bu üstünlüyündən yararlanaraq ölkə ərazisindən tranzit daşımaların həcminin artırılmasına nail olmaq üçün müvafiq infrastrukturun qurulmasına hərtərəfli dəstək verir. Prezident İlham Əliyevin səyləri nəticəsində yaradılan müasir infrastruktur ölkəmizi Avrasiyada strateji nəqliyyat qovşağına çevirib. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolunu oynayır və bu rol ildən-ilə artmaqdadır.
Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətində tərəflərin mənafeləri nəzərə alınmaqla, suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsas şərt kimi qəbul olunur. İyun ayının 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı Prezident İlham Əliyev Xəzər dənizinin region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsi olduğunu, iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı kommunikasiyaların qurulması üçün əlverişli şəraitin yaradılmasının həmin dövlətlərin əsas prioritetləri olduğunu qeyd etməklə Xəzərin iqtisadi baxımdan çox böyük əhəmiyyəti olduğunu diqqətə çatdırmışdır.
Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanın tarixi əhəmiyyətindən danışan ölkə rəhbəri sahilyanı dövlətlərin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacağını önə çəkmiş, Xəzəryanı dövlətlər arasında nəqliyyat sahəsində bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaratdığını bildirmişdir.
Bu gün Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Xəzəryanı dövlətlərin təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb, əməkdaşlıq barədə yeni sazişlərin layihələri üzərində iş başlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olmaqla Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Hər iki nəqliyyat marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artması müşahidə olunur. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artmaqda davam edir və limanın istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsidir. Liman Avropadan Asiyaya və əksinə yüklərin real vaxt rejimində və daha cəlbedici tariflərlə daşınmasına yeni imkanlar açıb. Təsadüfi deyil ki, limanın açılışından ötən müddət ərzində onun fəaliyyətinə beynəlxalq miqyasda böyük maraq yaranıb.
Azərbaycan Vətən müharibəsində qələbədən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Dəhlizin yaradılması ilə Azərbaycanın tranzit imkanları daha da artacaq, üzün illər ərzində blokada şəraitində yaşayan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında kommunikasiyalar bərpa olunacaq, yeni strateji dividentlər əldə olunacaq.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

