Alternativsiz siyasət
16.08.2022 [16:48]
Azər Süleymanov
YAP Nəsimi rayon təşkilatının sədri
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində ölkəmiz son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasında yer alıb. Dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasət alternativsizdir və aparılan islahatlar cəmiyyətin bütün təbəqələrinin mənafelərini əks etdirir. Azərbaycan Prezidentinin bölgələrə hər bir səfəri regionların inkişafında, vətəndaşların rifahının, firavan həyatının təminatında mühüm əhəmiyyət daşıyır. Bu günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağsu və İsmayıllı rayonlarına səfərləri bunun daha bir göstəricisidir. Bu gün ölkəmizin regionlarında böyük infrastruktur layihələri həyata keçirilir, müasir yollar çəkilir, sosial obyektlər inşa edilir, heç bir layihə təxirə salınmır. Bu onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaşların rahat həyat şəraiti və məmnunluğu dayanır. Bu səfərlər bölgələrin sosial-iqtisdai inkişafına müsbət təsirini göstərir. Regionlarda uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi artıq aradan qaldırılıb. Rayonların sosial-iqtisadi inkişafına böyük töhfə verilib. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, çoxlu sayda məktəblər inşa edilib. Bu, Ağsu və İsmayıllı rayonlarından da yan ötməyib. Ölkə Prezidenti İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində həyata keçirilən tədbirlərə diqqət çəkib, görüləcək işlərlə bağlı fikirlərini ifadə edib. Dövlət başçısı hər iki rayonda böyük infrastruktur layihələrin icra edildiyini, infrastruktur layihələrinin əsas hissəsinin başa çatdığını bildirərək istər qazlaşdırma, istərsə də elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələrin icra edildiyinini vurğulayıb: “Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı - həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir”.
Sosial infrastrukturla bağlı böyük layihələr icra olunmasına gəlincə isə, Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikildiyini, 100-ə yaxın məktəb inşa edildiyini, ya da əsaslı şəkildə təmir olunduğunu qeyd edən cənab Prezident iş yerlərinin yaradılması ilə bağlı böyük layihələrin icrasına diqqət çəkib. Görülən işlər və səslənən fikirlər bu bölgənin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradıldığını göstərir və Prezidentin qeyd etdiyi kimi, “infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Qobustan rayonuna səfəri zamanı burada yerləşən “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olmaları dini abidələrimizə dövlətimiz tərəfindən göstərilən qayğının və dini turizmin inkişafına ayrılan diqqətin bariz nümunəsidir. Dövlət başçısı bu tarixi abidənin bərpa edilməsi, konservasiya olunması və ətrafında turizm infrastrukturunun yaradılması ilə bağlı tapşırıq verib. Prezident qeyd edib ki, “Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir: “Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək və onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir”.
İsmayıllıda sosial obyekt olan “Basqal Resort & Spa” otelinin açılışı Azərbaycanın bir çox region və ərazilərində yüksək səviyyəli, müasir tələblərə cavab verən otellərin inşa edildiyinin təzahürüdür. Müasir günümüzdə demək olar ki, ölkənin hər bölgəsində turistləri qarşılayacaq otellər vardır ki, bu da qeyri-neft sahasəsində əldə etdiyimiz uğurlarımız sırasındadır. Vurğulamaq yerinə düşər ki, turizm sahəsi xidmət sektoru olmaqla bərabər, həm də iqtisadiyyatın əsas maliyyə mənbəyi kimi çıxış edir. Prezident müsahibəsində “Bu gün Basqal qəsəbəsinin girəcəyində yeni, 179 otaqlı müasir otelin açılışı oldu”, - deyərək bölgənin turizm potensialının böyük dərəcədə genişləndiyini bildirib: “Təkcə Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır”, - deyən Prezident Ağsu rayonunda böyük aqroparkın fəaliyyətinin də bölgə iqtisadiyyatına töhfə verdiyini bildirib: “Orada da 200-ə yaxın iş yeri açılıb. Yəni, iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Çünki bizim əhalimiz artır, iş yerlərinə tələbat artır. Dövlət öz tərəfindən həm dediyim layihələrin icrası nəticəsində, eyni zamanda, özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur”.
Göründüyü kimi, dünyada pandemiyanın davam etməsinə, iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə islahatlar, sosial-iqtisadi infrastruktur layihələri davamlı olaraq uğurla icra edilir.
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35

