Qarabağ münaqişəsinin həlli region üçün yeni perspektivlər vəd edir
20.09.2022 [10:58]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan müstəqillik qazandıqdan sonra 1993 - cü ildən başlayaraq bütün sahələrdə sürətli inkişaf yolu keçmiş və regionda Lider dövlət kimi öz nüfuzunu qoruyub saxlayır. Ölkəmizin dayanıqlı sülhün bərqərar olması istiqamətindəki mühüm və təxirəsalınmaz cəhdləri uğurla yekunlaşdı. Əlbəttə sülhün əldə olunması həmçinin regon dövlətləri üçün yeni iqtisadi imkanların formalaşması deməkdir. Prezident İlham Əliyev cari ilin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışında bu məsələyə toxunaraq, əldə olunacaq nailiyyətlərin region üçün əhəmiyyətini diqqətə çatdırmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün dövlətlər üçün faydalı olacaqdır. Azərbaycanın beynəlxalq komunikasiya və ticarət əlaqələrinin inkişafı üçün verdiyi töhfədən danışan Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizdə görülən işləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Görülən işləri təhlil edərkən Prezident İlham Əliyev vurğuladı ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan Prezidentinin çıxışı həyata keçirilən titanik layihələrin mahiyyətini əks etdirməklə yanaşı, regionda Azərbaycanın hansı mövqedə və statusda oldugunu da əks etdirir. Danılmaz faktdır ki, bu gün dünya ölkələri, xüsusilə Avropa enerji resursları və digər zəruri ehtiyacları ödəmək üçün bütün imkanlarını səfərbər edib. Nəzərə alsaq ki, Azərbaycan təbii sərvətlərin zənginliyi ilə yanaşı, qarşılıqlı əlaqələrin sağlam qurulması üçün ən etibarlı tərəfdaşdır. Ona görə də mütləq şəkildə dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atırlar. Ermənistan isə bu layihələrdən kənarda qalmamaq üçün bütün imkanlarını işə salmalı, sülhün bərqərar olması üçün var qüvvəsi ilə çalışmalıdır. Nəzərə alsaq ki, Ermənistan iqtisadiyyatı çökmüş vəziyyətdədir, bu halda Azərbaycanla sağlam əlaqə qurmaq, hadisələrə düzgün qiymət vermək, qəbul edəcəyi qərarların beynəlxalq hüquqa əsaslanmasına diqqət yetirməlidir. Artıq bu gün dünya düzəni zədələnmiş iqtisadi tarazlığın nə dərəcədə təhlükəli olduğunu dərk edir. Ölkəmizin təbii resursları və əlverişli coğrafi mövqeyi bütün dünyanın diqqətini Azərbaycana çəkir. Prezident İlham Əliyevin xarizmatik Liderlik bacarığı və ədalətli, etibarlı mövqeyi isə bu marağı daha da artırır.
Xəbər lenti
Hamısına baxHadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11

