/ / Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək
Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək
23.09.2022 [11:28]
Heç kimə sirr deyil ki, Azərbaycan həm beynəlxalq hüquq, həm də, tarixi ədalət baxımından haqq mübarizəsi aparır. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bizim böyük səylər göstərməyimiz gərəkdir. İstər beynəlxalq hüquq, istərsə də, tarixi ədalət baxımından ölkəmiz haqqın tərəfindədir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, beynəlxalq ədaləti və hüquqlarını öz gücü ilə bərpa edib. Ədalət və beynəlxalq hüquq güclü ölkələrin, müəyyən dairələrin xeyrinə işləyir.
Dünyada böyük güclərin marağına zidd hallar baş verdikdə kəskin qərarlar qəbul olunur və qısa zamanda əks-tədbirlərə başlanılır, amma böyük güc sahibi olmayan ölkələrin haqları tapdalanan zaman məsələnin həlli uzadılır. Beynəlxalq müşahidələrim onu göstərir ki, dünyada xeyli ölkələr işğaldan əziyyət çəkir və bu məsələnin həllində beynəlxalq hüquq işləmir. Azərbaycan beynəlxalq hüququn gücü çatmadığı halda ədaləti və tapdalanmış hüquqlarını öz gücü ilə bərpa etdi. Bununla da, BMT Təhlükəsizlik Şurasının məlum 4 Qətnaməsini təkbaşına yerinə yetirərək torpaqlarını işğaldan azad etdi. O vaxt torpaqlarımızın bir hissəsinin işğal altına düşməsi ölkə rəhbərliyinin səriştəsizliyi ucbatından baş vermişdisə, torpaqlarımızın düşmən tapdağından azad edilməsi prosesi isə, gərgin zəhmət və uzaqgörən, müdrik siyasətin nəticəsində mümkün oldu. Belə bir çətin və şərəfli işin icrası üçün uzun yol qət etdik. Bu yolu inamla addımlamağımızda təcrübəli, möhkəm siyasi iradəyə malik, vaxtında lazımi qərarları verməyə qadir, məharətli, xalqını birləşdirən liderlər böyük rol oynadılar. Ölkənin siyasi-iqtisadi cəhətdən çökmüş vaxtında hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanda pərakəndə şəkildə fəaliyyət göstərən hərbi birləşmələri vahid komandanlıq altına toplayaraq nizami ordunun əsasını qoydu, Horadiz əməliyyatı nəticəsində bir sıra yaşayış məntəqələri işğaldan azad edildi. Ermənistanla atəşkəsin imzalanması o zaman üçün ən uyğun addım idi. Atəşkəsdən sonrakı illər ərzində Ulu Öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatını gücləndirdi, ordunu müasir standartlara uyğun şəkildə formalaşdırdı.
Ümummilli Lider Heydər Əliyevin başlatdığı bu şərəfli yol, Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirildi və beləliklə də, ölkəmiz iqtisadi cəhətdən müstəqil oldu. İqtisadi sahədə əldə etdiyimiz gücü Ordumuzun müasir texnologiyalarla təchiz edilməsinə və peşəkarlığının artırılmasına yönəltdik. Hərbçilərin mənzil-məişət şəraiti yaxşılaşdırıldı, hərbçilərimiz beynəlxalq təlimlərə qatıldılar. Eyni zamanda, diplomatiya sahəsində də fəaliyyətimizi genişləndirdik və bu illər ərzində erməni yalanlarını ifşa edərək haqq səsimizi dünya ictimaiyyətinə çatdıra bildik. Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə bəyan edirdi ki, Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi səy göstərməsə, Azərbaycan torpaqlarını müharibə yolu ilə geri qaytaracaq. Biz ərazi bütövlüyümüzü nəyin bahasına olursa-olsun bərpa edəcəyimizi açıq şəkildə bəyan edirdik, amma danışıqlar prosesində iştirak etməyimizlə qarşı tərəfə böyük itkilərin baş verməməsi üçün nəticə çıxarmasına və ciddi addımların atılmasına şans vermiş olurduq. Nəticədə, Ermənistanın baş naziri sərsəm bəyanatlar səsləndirməklə bütün danışıqları əhəmiyyətsiz etdi və şansını itirdi. Məhz, bunun nəticəsində 2020-ci il sentyabr ayının 27-də başladığımız 44 günlük Vətən müharibəsində tarixi Qələbəyə imza atmaqla, ölkəmizin ərazi bütövlüyünü təmin etmiş olduq. Noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında kapitulyasiya aktıdır. Bu Bəyanatı imzalamaqla Dağlıq Qarabağ ifadəsi gündəmdən çıxdı və Azərbaycanda belə bir ərazi vahidi artıq, mövcud deyil. Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” düşmənlərimizi acı və tarixi məğlubiyyətə düçar etdi. Müzəffər Ordumuz ermənilərin ianələr hesabına uzun illər ərzində qurduqları müdafiə istehkamlarını və “məğlubedilməz erməni ordusu” mifini məhv etdi. Şanlı Ordumuzun bizə qazandırdığı tarixi Zəfər regionda yeni reallıq yaratdı. Bu yeni reallıq regionda kommunikasiyaların açılmasına, Cənubi Qafqazda uzunmüddətli sülhə və barışığa yol açdı. Azərbaycanın Müzəffər Ordusu torpaqlarımızı işğaldan azad etməsi, əslində, ermənilər üçün də faydalı imkanlardan istifadəyə şans yaratdı, çünki Ermənistan son 30 ildə işğalçılıq, düşmənçilik siyasətini davam etdirməklə və qonşulara qarşı ərazi iddialarını irəli sürməklə dövlət müstəqilliyini faktiki olaraq sarsıdıb. Məlum olduğu kimi, Azərbaycan regionda sülhün və barışın tərəfdarıdır. Qazandığımız Qələbə bizi heç zaman arxayınlaşdırmır. Ordumuz Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət müstəqilliyinin qarantıdır. Ona görə də, Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində yaratdığımız yeni reallığa uyğunlaşdırılır
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40

