Azərbaycan Ermənistanın istənilən revanşist cəhdlərinə ən sərt formada cavab verəcək
30.09.2022 [12:28]
27 Sentyabr Azərbaycanda Anım Günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsədilə hər il müharibənin başlandığı gün - sentyabrın 27-i ölkəmizdə Anım Günü kimi qeyd edilir. Anım Günü təkcə ölkəmizdə deyil, dünyanın dörd bir yanında yaşayan soydaşlarımız tərəfindən də qeyd edilir, şəhidlərimizin əziz xatirəsi ehtiramla anılır. Vətənimizin bütövlüyü uğrunda şəhadətə ucalan qəhrəman oğullarımızın göstərdiyi şücaətlər bütün dünyaya çatdırılır, onların döyüş yolunun öyrənilməsi və təbliğ edilməsi müqəddəs borcumuz kimi qürurla yerinə yetirilir.
Şəhidlərimizə dərin ehtiram, onların və qazilərin ailələrinə diqqət və qayğı dövlətimizin siyasətinin ən mühüm xəttini təşkil edir. Şəhidlərimizin əziz xatirəsinin anılması məqsədilə dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev 27 Sentyabr Anım Günündə Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Füzuli rayonunda səfərdə olub. Səfər çərçivəsində Füzuli rayonunda Vətən müharibəsi zamanı ərazi bütövlüyümüzün bərpa olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə döyüşə qalxmış qəhrəman oğullarımızın ilk şəhadətə qovuşduğu yerdə xatirə abidəsinin açılışında iştirak edib və nitq söyləyib.
Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri zamanı nitqində səsləndirdiyi fikirlərə münasibət bildirən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd etdi ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın dövlət sərhəddindəki təxribatları Azərbaycanın haqlı olaraq əks-hücum əməliyyatlarına başlamasına gətirib çıxardı. Tariximizə Vətən müharibəsi adı ilə daxil olan və 44 gün ərzində davam edən savaşda dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz əsl tarix yazdı, yüksək şücaət və qəhrəmanlıqla tarixi torpaqlarımızı Ermənistanın işğalından azad etdi: “Dövlət-xalq-ordu birliyindən ilhamlanan ordumuz böyük zəfərə imza ataraq torpaqlarımızı azad etdi, beynəlxalq hüququ və ədaləti bərpa etdi. Bununla da bütün dünya Azərbaycan dövlətinin və xalqının, ordumuzun qətiyyətini gördü. Bu qələbəni bizə bəxş edərək 30 illik Vətən həsrətimizə son qoyan, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən qəhrəman övladlarımızın əziz xatirəsini daim ehtiramla yad etmək bizim borcumuzdur”.
44 günlük Vətən müharibəsinin tariximizin şanlı səhifəsi olduğunu söyləyən Vüsar İsmayılovun sözlərinə görə işğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyat qaytarır. Bu gün tarixi torpaqlarımız yenidən dirçəlir, əvvəlki görkəminə və ruhuna qayıdır. Artıq Azərbaycan öz gücü hesabına tarixi ədaləti təmin edib, erməni vandallarını öz tarixi ərazilərindən qovub. Bütün dünya Azərbaycan dövlətinin və xalqının qətiyyətini görüb və anlayıb ki, bu yenilməz xalqın qüdrətini və iradəsini heç bir qüvvə sındıra bilməz.
Dövlət başçısının Füzuli rayonunda şəhidlərimizin ilk dəfə şəhid olduğu ərazilərdə səsləndirdiyi tarixi nitqi də deyilənləri bir daha sübut edir. Azərbaycan güclü dövlətdir və özünün müstəqil siyasəti ilə beynəlxalq arenada yüksək nüfuza və hörmətə malikdir. Regionda və dünyada daim sülhün bərqərar olunmasına səy göstərib və bu istiqamətdə yorulmaz addımlarını davam etdirir. Bu gün də Qarabağda beynəlxalq hüququn təmin edilməsindən və yeni reallığın yaranmasından sonra Ermənistanla sülh müqaviləsinin imzalanmasına çalışır. Regionda yeni bir müharibə riskinin və gərginliyin qarşının alınması üçün qətiyyətli mövqeyini və siyasətini uğurla həyata keçirir. Lakin təəssüflər olsun ki, Ermənistanın atdığı addımlar bunun tam əksinə olaraq, regionda yeni risklərin yaranmasına rəvac verir: “Dövlət başçısı İlham Əliyevin də vurğuladığı kimi, Ermənistan unutmamalıdır ki, istənilən revanşist cəhdlərinə qarşı ən sərt formada cavab veriləcək. Çünki Azərbaycan öz tarixi torpaqları uğrunda döyüşüb və ədaləti təmin edib. Ermənistan isə yenidən işğalçı siyasətinə qayıtmağa cəhdlər edərsə, süni gərginliklər yaradaraq mövcud vəziyyəti qarşıdurma səviyyəsinə çatdırmağa çalışarsa, layiqli cavabını alacaq”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

