Yaxın zamanda Azərbaycan dünyanın ən uğurlu ölkələrindən biri olacaq
10.10.2022 [15:50]
Oktyabrın 5-də Azərbaycanın dilbər guşələrindən olan Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaqdır.
Möhtərəm Prezident cənab İlham Əliyev açılış mərasimində çıxış edərək bildirib ki, Qarabağ regionunun bir zamanlar ən böyük şəhəri olan Ağdam 30 illik erməni işğalı dövründə tamamilə məhv edilib, bütün binalarının daşları tək-tək dağıdılıb, sökülüb, oğurlanıb və satılıb. Ermənilər hətta Ağdam Cümə məscidində mal-qara və donuz saxlayaraq müsəlman aləmini təhqir ediblər. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb.
Ermənilər Ağdamla bərabər, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı bölgələrindəki yaşayış məntəqələrini də tamamilə dağıdaraq yerlə-yeksan ediblər. Hətta ermənilərin işğal dövründə ərazilərimizə 1 milyondan çox mina basdırması Azərbaycana və azərbaycanlılara qarşı aparılan terror siyasətini bir daha sübut edir. Eyni zamanda Ermənistan dövləti beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozaraq erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti də yürüdüb.
Möhtərəm Prezidentimiz Forumda Minsk qrupunun münaqişə dövründəki fəaliyyətsizliyindən də bəhs edib. Dövlətimizin başçısı ATƏT-dən mandat alan bu qurumun 28 il ərzində heç bir müsbət nəticə əldə etmədiyini, buna görə də Azərbaycan Qarabağ münaqişəsini Vətən müharibəsində parlaq qələbə ilə aradan qaldırdı. Bu gün Azərbaycan özü beynəlxalq hüququ təmin edib, BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək milli ləyaqətimizi bərpa edib.
Azərbaycanda ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşdürülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından unikal və uğurlu platformadır.
Vətən müharibəsində bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idisə, bu gün artıq bizim milli ideyamız Qarabağı və Zəngəzuru yenidən qurmaqdır . Artıq, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllifliyi ilə Qarabağın, Şərqi Zəngəzurun inkişaf, çiçəklənmə dövrü başlayıb. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu yurd yerlərimizə indi yeni nəfəs gəlib.İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və yaxın zamanda Azərbaycan regionla bərabər dünyanın, ən uğurlu ölkələrindən biri olacaqdır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05

