Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı
22.10.2022 [12:19]
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
“Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu fikirləri ötən il Qubadlı rayonunun işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdi. Ölkə Prezidenti bu fikirlərini də qubadlılarla paylaşdı ki, bu tarixi günü birlikdə qeyd etmək üçün sizləri dəvət etdim. Bu, doğrudan da Azərbaycanın tarixində əbədi yaşayacaq bir gündür. 25 Oktyabr – Zəfər Günü, Qubadlının azad olunması günüdür.
27 ildən sonra işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını uğurla yerinə yetirdi. İkinci Qarabağ müharibəsi gücümüzü, milli ruhumuzu göstərdi. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunaladan bəyan etdi ki, heç vaxt işğalla barışmayacağıq. Əgər qubadlılılar digər keçmiş qaçqın və köçkünlərimiz kimi, hər il böyük ürəkağrısı ilə işğal günündə toplaşırdılarsa, bundan sonra artıq o tarix tamamilə silindi. 25 oktyabr Qubadlı rayonunun işğaldan azad edildiyi gün olaraq tariximizin parlaq səhifələrindən biri kimi vərəqlənəcək.
Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınıb. Rayon Azərbaycanın cənub-qərbində yerləşir və faydalı qazıntı ehtiyatlarına malikdir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan ilə, şimaldan Laçın, Xocavənd şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Qeyd etdiklərimiz fonunda Qubadlı rayonunun azad edilməsinin şanlı Qələbəmizi yaxınlaşdırdığını böyük sevinc və qürur hissi ilə qeyd edirik.
Bu məqamı da xüsusi qeyd etmək istərdik ki, Ermənistan Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdir. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Dünya bu cinayəti gördü və 30 ilə yaxın dövrdə susmaqla Ermənistana dəstək olduğunu təsdiqlədi.
Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərimizə imza atdı, dünyaya sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən anlayışlar var, onların tətbiqi üçün ikili siyasətə son qoyub vahid icra mexanizmi müəyyənləşdirilməlidir. Ermənistana 30 illik işğal dövründə heç bir təzyiqin göstərilməməsi, sanksiyaların tətbiq olunmaması onun yeni ərazilər uğrunda müharibə planları hazırlamasına yol açdı ki, bu da 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanması ilə nəticələndi. Azərbaycan Ordusu 30 ildə əksər dünya güclərinin edə bilmədiklərini etdi, BMT qətnamələrinin icrasını təkbaşına həyata keçirdi. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular.Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri azad edildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Ümumilikdə 44 günlük İkinci Qarabağ müharibəsində Qubadlı şəhəri daxil olmaqla rayonun 41 kəndi azad olundu.
Artıq Qubadlı şəhərinin, rayonun işğaldan azad edilmiş kəndlərinin müasir tələblər səviyyəsində yenidən qurulması və bərpası işləri görülür. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfər edir, görülən işlərlə yaxından tanış olur, bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edirlər. Ölkə Prezidentinin bu torpaqlara ilk səfəri qalibiyyətimizin rəmzi olan Azərbaycan Bayrağının ucaldılması ilə yadda qalır. Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Qubadlı rayonuna sayca 3-cü səfəri zamanı şəhərin Baş planı, rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış oldular. İşğal və Zəfər muzeyləri kompleksinin, "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyuldu. Baş planda Qubadlının təbiəti və tarixi keçmişi nəzərə alınıb. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Qubadlı yenidən qurulur və tezliklə sakinlərinə qovuşacaq.
Xəbər lenti
Hamısına baxElanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10

