YAP ölkəmizin inkişafını ön plana çəkən nüfuzlu bir siyasi qüvvədir
28.11.2022 [15:54]
1991-93-cü illərdə ölkəmiz çətin sınaq qarşısında dayanmışdı.Ermənistanın işğalçı müharibəsi,ölkədə baş alıb gedən xaos,iqtisadiyyatın gündən-günə zəifləməsi,daxili parçalanma Azərbaycanın bir dövlət kimi məhv olmasına gətirib çıxara bilərdi.Belə ağır günlərdə xalq vaxtı ilə Azərbaycanı dünyaya tanıt-mış,iqtisadiyyatını, elm və mədəniyyətini inkişaf etdirmək üçün mühüm addımlar atmış Heydər Əliyevi bir xilaskar, bir dövlət qurucusu kimi Azərbaycana dəvət etdi. Sonrakı hadisələr bu addımın yanlış olmadığını və vaxtında atıldığını sübut etdi. 90-cı illərin vətənpərvər alimləri,siyasi xadimləri yaxşı başa düşürdülər ki, müstəqilliyimizi inkişaf etdirmək, dövlətimizi möhkəmlətmək,ən əsası isə işğal olunmuş torpaqlarımızı azad etmək üçün yeni bir ictimai birlik yaratmaq,xalq qüvvələrini bu birlikdə birləşdirmək zəruridir. Buna görə də bir qrup ziyalı və alimlərimiz Yeni Azərbaycan Partiyasının təsis olunması üçün H.Əliyevə müraciət etdilər.Bu müraciət əsasında 1992-ci ilin noyabrında Naxçıvanda 500 nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Azərbaycanın müstəqillik yollarında, xarici və daxili siyasətində mühüm rol oynayacaq bir partiyanın təməli qoyuldu.
30 illik fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixində özünəməxsus rolu olmuşdur. Müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycanın beynəlxalq aləmdə tanınmasında, ölkəmizin apardığı ədalətli müharibənin dünyaya çatdırılmasında Yeni Azərbaycan Partiyasının rolu böyük olmuşdur.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycanda təkrarsız, unikal dövlət idarəçilik məktəbi yaratdı və onu xalqımız üçün zəngin bir irsə çevirdi. Xalqımızın ümid yeri olan dahi şəxsiyyət respublikamiza rəhbərlik etdiyi dönəmdə öz yorulmaz və çoxşaxəli fəaliyyəti ilə müasir Azərbaycanın tarixini yaratdı. Biz bu gün böyük qürur hissi ilə deyə bilərik ki, müasir müstəqil Azərbaycan dövləti öz başlanğıcını 1992-ci il noyabrın 21-dən - Yeni Azərbaycan Partiyasının yaradılması tarixindən götürüb. Bu müddətdə Yeni Azərbaycan Partiyası Azərbaycan xalqına əvəzsiz xidmətlər göstərmiş, xalqımızı, millətimizi, ölkəmizi bugünkü vəziyyətə gətirib çatdırmış və Azərbaycanı regionda bütün sahələr üzrə ən inkişaf etmiş ölkəyə çevirmişdir. Artıq 30 ildir ki, ölkəmizin siyasi səhnəsində uğurlu fəaliyyət göstərən partiyamız bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. Son illərin sosial-iqtisadi uğurları, Azərbaycanın beynəlxalq mövqelərinin və nüfuzunun yüksəlməsi bunun bariz göstəricisidir.
2003-cü ildən etibarən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Əlbəttə ki, YAP-ın fəaliyyət mexanizminin əsaslarını təşkil edən mühüm prinsiplərdən biri güclü dövlət anlayışıdır. Bu güclü dövlət anlayışı isə həm dövlətin iqtisadi qüdrətinin artırılmasını, həm də vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasını özündə ehtiva edir. Güclü iqtisadiyyatı, dinamik inkişafı, ordu qurculuğu sahəsində əldə olunan nailiyyətlər qısa bir zamanda Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. 44 günlük Vətən müharibəsində xalqımızın milli mübarizə ruhu, sarsılmaz həmrəyliyi, dövlətimizin gücü Azərbaycanın ermənilər tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi.
Bu gün Azərbaycanın qarşısında yeni üfüqlər açılmaqla yanaşı, bir çox nəhəng işlərin həyata keçirilməsi vəzifəsi YAP-ı düşündürən əsas məsələlərdən biridir. Azad edilmiş Qarabağ torpaqlarının və Şərqi Zəngəzurun öz hesabımıza bərpa edilməsi,Qarabağda iqtisadiyyatın və kənd təsərrüfatının inkişafı,yeni qəsəbə və şəhərlərin salınması, qaçqın və məcburi köçkünlərin tezliklə yurd-yuvalarına qayıtması-Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biridir. Bu vəzifələri yerinə yetirmək, qarşıya qoyulan məqsədlərə qısa zamanda çatmaq üçün isə düzgün iqtisadi siyasəti müəyyənləşdirmək zəruridir. Bu siyasətin işlənib hazırlanmasında və həyata keçirilməsində də YAP-ın müstəsna xidmətləri olacaqdır.
Bu vəzifələrin öhdəsindən gəlməklə YAP ölkəmizin inkişafını, xalqın rifah halının yaxşılaşdırılmasını, beynəlxallq nüfuzunun möhkəmləndirilməsini və genişləndirilməsini ön plana çəkən nüfuzlu bir siyasi qüvvə olduğunu biur daha sübut edəcəkdir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

