Azərbaycan 2022-ci ildə də özünü dünyada güclü idman dövləti kimi təsdiqlədi
11.01.2023 [11:41]
44 günlük Vətən müharibəsinin bitməsindən qısa dövr ötməsinə baxmayaraq, 2022-ci il Azərbaycanın tarixinə uğurla həkk olundu. Yola saldığımız ildə qarşıya qoyulan bütün vəzifələr layirincə yerinə yetirildi, ölkəmiz daha parlaq gələcəyə doğru inamla addımladı.
Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, Vətən savaşında qazanılan zəfər, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin növbəti təcəssümü kimi tarixə düşən nəhəng infrastruktur layihələrinin qısa müddətdə yerinə yetirilməsi cəmiyyətimizdə yüksək ovqatın hökm sürməsinə şərait yaradıb.
Tarixi Qələbəmizi siyasi müstəvidə, beynəlxalq münasibətlər sistemində daha da möhkəmləndirən, öz milli maraqlarını layiqincə təmin edən Azərbaycan idman ölkəsi kimi öz statusunu qoruyub və daha da inkişaf etdirib. Ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan Azərbaycan idmanı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətini uğurla həyata keçirən dövlət başçısı cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması, bu sahədə əldə etdiyi nailiyyətlər də məhz ölkə Başçısının idmanının inkişafına olan diqqət və qayğısı sayəsində əldə edilmişdir. Yanavarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən Prezident cənab İlham Əliyev bildirib ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında.
Ramil Orucov vurğulayıb ki, 44 günlük Vətən müharibəsi, haqq savaşı zamanı Azərbaycan xalqının, xüsusən gənclərimizin necə böyük ruhla, əzmlə cəbhəyə can atdıqlarının hər kəs şahidi oldu. Azərbaycan gənci hərbi əməliyyatlar zamanı dağlıq şəraitində günlərlə piyada yol gedib, kəndirlə qayalardan dırmanıb, döyüş yoldaşı yaralananda onu çiyinlərində daşıyaraq yenə döyüşlərə davam edib. Vətənpərvərlik ruhunda formalaşan Azərbaycan gənclərinin fiziki hazırlığı, idmanı daimi həyat tərzinə çevrmələri çətin, məsuliyyətli vəzifənin öhdəsindən gəlməkdə öz rolunu göstərib.
Artıq azad edilmiş ərazilərimizdə də beynəlxalq idman yarışları - Şuşada beynəlxalq şahmat, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarışlar keçirilib. Bu da Azərbaycan idmançılarını böyük qələbələrə ruhlandırır. İdman arenasına qalib xalqın təmsilçisi kimi çıxıb bu qələbə uğrunda canını fəda etmiş şəhidlərimizi, torpaqlarımızı düşməndən təmizləmiş qəhrəmanlarımızı tərənnüm edən Azərbaycan idmançıları fəxrlə, qürurla üçrəngli bayrağımızı dalğalandırırlar.
Prezident cənab İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən dediyi kimi: “Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bildiyiniz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var..”
İdman nailiyyətləri həm də istənilən ölkənin inkişaf göstəricilərindəndir. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına evsahibliyi edən Azərbaycan 2022-ci ildə də özünü dünyada güclü idman dövləti kimi təsdiqlədi, dünya arenasında mövqeyini möhkəmləndirdi. Bütün bunlar onu göstərir ki, beynəlxalq müstəvidə öz maraqlarını uğurla həyata keçirən Azərbaycan gələcəkdə də yeni uğurlara imza atacaq - deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38

