/ / 20 Yanvar hadisələri ittifaq daxilindəki digər xalqların da milli azadlıq hərəkatının sürətlənməsində müstəsna rol oynadı
20 Yanvar hadisələri ittifaq daxilindəki digər xalqların da milli azadlıq hərəkatının sürətlənməsində müstəsna rol oynadı
19.01.2023 [15:14]
Ulu Öndər Heydər Əliyevin keçdiyi mübarizə yollarına nəzər saldıqda, müstəqilliyimizin bərpa olunmasında, möhkləmləndirilməsində göstərdiyi fədakarlıqları göz önünə gətirəndə uğurlarımızın böyük çətinliklər bahasına qazanıldığı aydın görünür.
20 yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib Mixail Qorbaçovun antiazərbaycan siyasətini kəskin tənqid etmək, xalqımızın başına gətirilən bəlalarda bu ermənipərəst dövlət rəhbərini günahlandırmaq və bunu dünyaya bəyan etmək böyük cəsarət, vətənpərvərlik tələb edirdi. Bu addımı yalnız daimi xalqı ilə bir olan, həyatını torpağı və vətəni üçün qurban verməkdən çəkinməyən bir lider - Heydər Əliyev ata bilərdi.
Ümummilli Liderimizin unudulmayan hərəkəti, amalı o vaxtlar matəm içərisində olan Azərbaycan xalqına yeni mübarizə ruhu verdi. Tankların, avtomat silahların qarşısına inam, qətiyyət dolu canları ilə çıxan şəhidlərimizin övladları, əzizləri müstəqillik uğrunda mübarizəyə daha cəsarətlə, həvəslə atıldılar.
20 yanvar xalqımız üçün bir qəhrəmanlıq nümunəsi, həm də ibrət dərsidir. Xalqımız bu dərsdən düzgün nəticə çıxartmışdır. İndi ölkəmizdə ictimai - siyasi sabitlikdir, dövlətimiz inkişaf yolundadır, dünyada böyük nüfuza malikdir.
Xalq və Prezident birdir, yekdildir, həmrəydir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti Azərbaycanı sosial, dünyada öz yeri və mövqeyi olan, tanınan, sevilən hörmət göstərilən, inkişaf edən, gündən - günə çiçəklənən, qalib bir dövlətə çevrilmişdir.
Əliqanlı imperiyanın Azərbaycanda törətdiyi faciələr bununla tükəndimi? Əsla tükənmədi! 20 Yanvardan sonra baş verən faciələr sırasına dünyanın ən dəhşətli hadisələrindən biri Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Qarabağın bəzi ərazilərində baş verən qanlı səhifələr də əlavə olundu. Vəhşi imperiyanın təpədən-dırnağadək silahlandırdığı erməni faşizmi ilə qeyri-bərabər döyüşlərdə 30 minə yaxın qəhrəman, mərd oğullarımızı itirdik. Ərazilərimizin 20 faizi işğal olundu, 1 milyondan artıq yurddaşımız öz doğma ata-baba torpağından didərgin düşdü. Lakin vahid əqidə bayrağı altında birləşib öz müstəqilliyinə qovuşan xalqımız sarsılmadı, işıqlı gələcəyə olan böyük inamını itirmədi.
İnamla demək olar ki, 70 il ərzində qırmızı imperiyanı 20 Yanvar hadisələri qədər sarsıdıb diz çökdürən ikinci bir hadisə olmayıb. 20 Yanvar neçə-neçə günahsız millətin azadlıq arzularını boğub, onları öz müti köləsinə döndərən qanlı imperiyanın maska arxasındakı simasını və çirkin niyyətlərini həm onun sərhədləri daxilindəki bütün xalqlara, həm də beynəlxalq aləmə tam çılpaqlığı ilə açıb göstərdi. Qətiyyətlə deyə bilərəm ki, 20 Yanvar hadisələri ittifaq daxilindəki digər xalqların da milli azadlıq hərəkatının sürətlənməsində müstəsna rol oynadı. İlk baxışda zülmün və ədalətsizliyin haqq və ədalət üzərində təntənəsi kimi görünən 20 Yanvar, əslində, yadelli orduların, tankların, topların, ən müasir hərbi silahların belə xalqın sarsılmaz birliyi və polad iradəsi qarşısında nə qədər gücsüz olduğunu, zahiri qələbənin, əslində, biabırçı məğlubiyyətdən başqa bir şey olmadığını bariz şəkildə nümayiş etdirdi.
Elçin İsmayılov,
Yeni Azərbaycan Partiyası
Goranboy rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17

