/ / Xarici dövlətlər Azərbaycanla müxtəlif sahələr üzrə birgə layihələrin reallaşdırılmasında maraqlıdır
Xarici dövlətlər Azərbaycanla müxtəlif sahələr üzrə birgə layihələrin reallaşdırılmasında maraqlıdır
25.01.2023 [11:47]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili, xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünki yüksəlişə və inkişafa nail olub.Xüsusilə qeyd etmək lazımdır ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Azərbaycan son illər ərzində Prezident cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib.
Ölkədə İqtisadiyyatın dinamik inkişafının təmin edilməsi bütün sahələrin tərəqqisini təmin edib, əhalinin gəlirlərinin artmasını, işsizlik və yoxsulluğun azalmasını şərtləndirib və vətəndaşların rifahı daha da yaxşılaşıb. Bu gün hər bir sektorda inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır.
Prezident cənab İlham Əliyevin 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı mühüm geosiyasi və iqtisadi əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan Qərb ilə Şərq arasında “Orta Dəhliz”in inkişafı üçün Türkiyə, Gürcüstan və Qazaxıstanla birgə addımlar atır və bu Azərbaycan iqtisadiyyatının dinamik inkişafına öz müsbət töhfələrini verməkdədir.
Ölkə Prezidenti cənab İlham Əliyev bildirib ki, “2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir”.
Bütün bunlar göstərir ki, Azərbaycan mövcud inkişaf səviyyəsinə, beynəlxalq proseslərdə tutduğu mövqeyə və Avropanın enerji təhlükəsizliyində oynadığı rola görə regionda lider dövlət olmaqla yanaşı, dünyada da nüfuzlu bir dövlətə çevrilib.
Həmçinin vurğulamaq lazımdır ki, Azərbaycan xarici siyasi kursunda dövlətlərlə uğurlu əlaqələrin qurulmasına böyük önəm verir. Ölkəmiz verdiyi bütün vədlərə sadiq qalaraq, təkcə sözdə deyil, əməldə də etibarlı və güvənilir tərəfdaşdır. Məhz bu baxımdan digər dövlətlər Azərbaycanla müxtəlif sahələr üzrə birgə layihələrin reallaşdırılmasında maraqlıdır.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası ölkəmizin parlaq gələcəyini şərtləndirən vacib amillərdən biridir. Azərbaycan Beynəlxalq müstəvidə siyasi, iqtisadi və strateji cəhətdən böyük nüfuz sahibi olan ölkədir. Azərbaycan Cənubi Qafqazda və regionda iqtisadi cəhətdən inkişaf etmiş ən nüfuzlu dövlətdir və öz milli dövlətçilik maraqlarına əsaslanaraq dünya iqtisadiyyatına uğurla və inamla inteqrasiya etməkdədir.
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25

