Azərbaycan Orta Dəhliz layihəsinin genişlənməsində mühüm rol oynayır
25.01.2023 [16:11]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Ölkəmiz indiyədək regionda reallaşdırılan bütün irimiqyaslı enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və moderatoru qismində çıxış edib. Builki Davos Forumu çərçivəsində çoxsaylı görüşlər keçirən və geniş müsahibələr verən dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın iqtisadi gündəliyinin aktual məsələlərini diqqətə çatdırıb. Forum çərçivəsində keçirilən tədbirlərdə Prezident İlham Əliyev, həmçinin ölkəmizin tranzit imkanlarını təqdim edib. Son vaxtlarda dünyada baş verən geosiyasi gərginliklər fonunda nəqliyyat-logistika məsələlərinin aktuallığı əhəmiyyətli dərəcədə artıb. Ölkələr və şirkətlər yüklərin təhlükəsiz və iqtisadi cəhətdən daha sərfəli marşrutlarla daşınmasına üstünlük verirlər. Uzunmüddətli sabitliyə malik olan və bu əsasda böyük uğurlar qazanan Azərbaycan məhz belə məkandır. Ölkəmizin ərazisindən Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm beynəlxalq marşrut keçir. Azərbaycan yeganə ölkədir ki, hər iki dəhlizdə fəal iştirakçıdır və onların funksionallığının artmasına davamlı töhfələr verir. Prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bildirib ki, Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır.
Müxtəlif regionlardan tranzit məqsədi ilə ölkəmizə gələn yüklərin həcmi isə artır. Son bir ildə respublikamız üzərindən yük daşımaları əhəmiyyətli dərəcədə çoxalıb. Ancaq bu hələ başlanğıcdır. Ölkəmiz daha çox həcmlərdə yüklərin qəbul edilib ötürülməsinə hazır olmalıdır. Buna görə də vaxt itirilmədən mövcud infrastrukturun genişləndirilməsinə start verilib. “Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb”, - deyə dövlətimizin başçısı vurğulayıb.
2017-ci ildə Azərbaycanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsinə də start verilib. BTQ dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu, o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Hazırda Azərbaycan 53 gəmi ilə Xəzərdə ən böyük donanmaya malikdir. Yaxın perspektivdə bu rəqəm də artırılacaq. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan yeni gəmilərlə özünün ticarət donanmasını genişləndirmək niyyətindədir.
Məlumdur ki, Orta Dəhliz Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına artıb. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Azərbaycan son vaxtlarda aktuallığı artan Orta Dəhliz üzrə də ən mühüm halqalardan birini təşkil edir. Respublikamız 10 il bundan əvvəl Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir və Orta Dəhlizin funksionallığının artmasına özünün davamlı töhfələrini verir. Orta Dəhlizlə Xəzərdən keçməklə Azərbaycana gələn yükləri burada optimal marşrutlarla bir-biri ilə əlaqələndirilmiş Şimal-Cənub və Şərq-Qərb marşrutlarına ötürmək mümkündür. Perspektivdə respublikamızın ərazisində tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı yaranacaq. Bu, Zəngəzur dəhlizi hesabına mümkün olacaq. Gələcəkdə Orta Dəhlizin funksionallığını artırmaq üçün bir sıra başqa layihələrin icrası da nəzərdə tutulub.
Ümumiyyətlə, tərəfdaşlarla xoş münasibətlər çoxtərəfli layihələrdə əsas uğur formullarından biri qismində çıxış edir. Orta Dəhlizin perspektivlərinə böyük ümidlər bəslənilməsini şərtləndirən mühüm amillərdən biri də məhz budur. Bu layihə ətrafında ümumi məqsədlərə çatmaq üçün milli səviyyələrdə qətiyyətli siyasi iradə göstərən ölkələrdən ibarət güclü bir komanda formalaşıb. Həmin ölkələrin hər biri Orta Dəhlizin inkişafı, daha funksional tranzit marşrutu kimi fəaliyyət göstərməsi, yeni coğrafiyalara doğru genişlənməsi üçün öz imkanlarını təqdim etməyə hazırdırlar və müzakirələrə məmnuniyyətlə qoşulurlar. Tərəflərin hamısı Orta Dəhliz üzrə koordinasiyalı fəaliyyət göstərilməsi, vahid tariflərin tətbiqi, “bir pəncərə” sisteminə keçid edilməsi kimi məsələlərdə oxşar yanaşma ortaya qoyurlar. Ümumi qənaət belədir ki, beynəlxalq səviyyədə Orta Dəhlizə marağı artırmaqdan ötrü ilk növbədə dəhliz boyunca təhlükəsizlik yüksək səviyyədə təmin olunmalı və qarşılıqlı inam gücləndirilməlidir. Bu baxımdan da, Azərbaycanın müsbət rolu mühüm faktordur. Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq Orta Dəhliz lyihəsinin Avrasiya üçün önəmini daha da artıracaq.
Xəbər lenti
Hamısına baxElm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31

