Söz deyil, reallıqdır…
21.02.2023 [13:14]
Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti diplomatik uğurlarının davamlılığında öz sözünü deyir. 59-cu Münhen Təhlükəsizlik Konfransı hazırda dünya mətbuatında geniş müzakirə olunur. Dövlət başçısı İlham Əliyevin konfrans çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışı dünyanın diqqətindədir. Cənab İlham Əliyev real dünyada yaşadığımızı, bölgədə gedən proseslərin yeni yanaşmalar tələb etdiyini önə çəkərək tarixi Zəfərimizin yaratdığı reallıqları bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycanın mövqeyi hər zaman sülh və təhlükəsizliyə əsaslanır, ədalət prinsipləri üzərində qurulur. Ölkəmizin sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları yalnız söz olaraq deyilmir, reallıqlarda öz əksini tapır. Bu gün Azərbaycanın sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanması da deyilənlərin təsdiqidir.
"Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda Prezident İlham Əliyev bir daha diqqəti 30 illik işğal dövrünün reallıqlarına, Ermənistanın imitasiya naminə qatıldığı sülh danışıqlarına, məsələni dondurmaq üçün edilən cəhdlərə yönəldərək bildirdi ki, Ermənistan 27 il Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Azərbaycan hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdi. Minsk qrupunun nəticə əldə etməsini, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Biz onun dondurulmadığını sübut etdik. Ərazi bütövlüyümüzü və ədaləti bərpa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq.
Dövlət başçısı İlham Əliyevin çıxışlarında daim bu çağırış öz əksini tapır ki, ermənilərin törətdiyi vəhşilikləri, xalqımızın 30 ildə yaşadıqlarını, qanı, canı ilə torpaqlarımızı işğaldan azad edən şəhidlərimizi unutmayacağıq.
Azərbaycan bu illər ərzində yaşadıqlarına rəğmən regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üşün Ermənistana sülh təklifini etdi. İşğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin şahidləridir. Bütün ərazilərimiz dağıdılıb, yerlə-yeksan edidilib. Cənab İlham Əliyev plenar iclasdakı çıxışında diqqəti ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərə yönəltdi. “Biz, sadəcə, Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələrimizi kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq” çağırışını edən Prezident İlham Əliyev bildirdi ki, bu, yadplanetlilər tərəfindən edilməyib. Torpağımızı işğal etmiş, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş qonşularımız tərəfindən edilib. Onları qovandan sonra indi ədalət üçün yalvarırlar. Ərazimizi 30 il işğal altında saxlayanlar bizi işğalda günahlandırırlar. Bir məsələni də unutmaq olmaz ki, 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi. Dövlət başçısı İlham Əliyev Ermənistan rəhbərliyinə və işğalçı dövlətə hələ də dəstəyini ifadə edənlərə bir daha bu reallığı da çatdırdı ki, Azərbaycanda “Dağlıq Qarabağ” kimi inzibati vahid yoxdur. Sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Münhen Təhlükəsizlik Konfransı bir daha Azərbaycanın region və dünya üçün önəminə işıq saldı, beynəlxalq nüfuzunun təqdimatı oldu.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

