/ / Heydər Əliyevin siyasi kursu Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qarantıdır
Heydər Əliyevin siyasi kursu Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qarantıdır
13.03.2023 [14:50]
Hər bir xalqın tarixdəki yeri və rolu mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə müdrikcəsinə və uzaqgörənliklə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir.
Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür.
Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, “dövlət-vətəndaş” birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.
Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. Beləliklə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər sadəcə eyni missiyanın, biri-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə bilər.
Azərbaycanın müasir dövlətçilik tarixində zəngin təcrübəsi, dövlətçilik ənənələrinə dərindən bələd olması ilə seçilən və Azərbaycan xalqının ümummilli lideri adını tarixi xidmətləri ilə qazanan ulu öndər Heydər Əliyevin müstəqilliyin qorunmasındakı xidmətləri klassik dövlətçilik ənənələrini müasir zamanın tələbələrinə uyğun təkmilləşdirməsi kimi dəyərləndirilir. Dövlətçiliyin siyasi ideologiyasının əsasını təşkil edən azərbaycançılıq ideyasının, milli təfəkkürün formalaşdırılması da Ulu Öndərin tarixi xidmətlərindəndir.
Hələ 1990-cı ildə ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır. 20 Yanvar faciəsindən sonra Ulu Öndər birinci şəxs idi ki, sovet rəhbərliyini pislədi, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü, onları ittiham etdi, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra, artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “sovet, sosialist” sözlərini oradan çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın. Əfsuslar olsun ki, bunu etmədilər. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Digər tərəfdən bütün bu addımlar onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə olsaydı böyük itkilərlə üzləşməzdik.
Suverenliyimizi əbədiləşdirən həmin tarixlərdən birini yada salmaqla Ulu Öndərin Azərbaycanın müstəqilliyi naminə göstərdiyi fədakarlığın, uzaqgörənliyinin sonrakı illər üçün təməl olduğunu aydın təsəvvür etmək mümkündür.
Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev muxtar respublika parlamentinin 14 yanvar 1991-ci il tarixli sessiyasında çıxış edərək “İttifaq müqaviləsi” oynunu başda M.Qorbaçov olmaqla Kremlin siyasi rəhbərliyinin bütün sovet xalqını yenidən aldatmaq cəhdi, sovetlərin siyasi, iqtisadi böhranla üzləşməsini də SSRİ rəhbərliyinin səbatsızlığı adlandırdı. “Konkret layihə haqqında onu deyə bilərəm ki, bu, tamamilə bizim xalq üçün və hesab edirəm ki, İttifaqın başqa xalqları üçün də heç də münasib bir sənəd deyil və biz bununla razı ola bilmərik, bu, bizi ələ salmaqdır, yoldaşları bizi aldatmaqdır” söyləyən Ulu Öndər layihənin Azərbaycan rəhbərliyi tərəfindən bəyənilməsini müstəqilliyimizin itirilməsi hesab edirdi. Haqlı olaraq bildirirdi ki, əgər respublikamız həqiqətən milli dirçəliş yolunu seçibsə hansısa İttifaq birliyinə qoşulmağımız bu tarixi nailiyyəti itirməyimiz deməkdir. “Bir tərəfdən layihədə belə elan olunur ki, guya İttifaq suveren respublikalar İttifaqıdır, ikinci tərəfdən respublikaların suverenliyi tamamilə məhduddur və yaxud yoxdur. Hansı suverenlikdən danışmaq olar ki, Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi İttifaq tabeliyində olacaqdır, ümumittifaqın sərəncamındadır və ona mənsubdur” söyləyən Ulu Öndər “İttifaq müqaviləsini” müttəfiq respublikaları müstəmləkə vəziyyətində saxlamaq cəhdi hesab edirdi. Eyni zamanda “müqavilə”yə müsbət münasibəti milli dirçəliş yolu ilə addımlamağı məqsəd qoyan xalqa qarşı xəyanət adlandırırdı. Xüsusilə Azərbaycan Demokratik Respublikasının dövlət atributlarının bərpası ilə əlaqədar Naxçıvan MR Ali Məclisinin qərarından sonra belə bir “müqavilə”nin imzalanması müstəqilliyə ən ciddi zərbə idi.
Eyni mövqeyini Azərbaycan Ali Sovetinin 30 avqust 1991-ci il tarixli sessiyasındakı çıxışında da bildirən Ulu Öndər tələm-tələsik referendumun keçirilməsini, Azərbaycanın “İttifaq müqaviləsi”nə getməsi haqqında qərarın qəbulunu xalqın iradəsindən kənar hal adlandırırdı.
Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə göstərdiyi xidmətləri 1994 və 1995-ci illərdə daxili və xarici qüvvələrin planlaşdırdıqları dövlətçiliyimizə qəsd cəhdlərinin qarşısını xalqla birliyi ilə alan Ulu Öndər haqlı olaraq bildirirdi: “ Müstəqillik yolu qədər çətin yol yoxdur... Müstəqilliyin əldə olunması nə qədər çətindirsə , onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” Çətin sınaqlardan qətiyyəti, cəsarəti ilə həmişə qalib kimi çıxan Ulu Öndər liderliyin mahiyyətini xalqına xidməti ilə təsdiqlədi.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı inamla irəli aparır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad edilib, Zəfər salnaməsi tarixdə layiqli yerini alıb. Zəfərimizin əsasında da dahi şəxsiyyət Heydər Əliyev siyasətinin təntənəsi dayanır. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ideyaları bundan sonra da müstəqil Azərbaycanın nailiyyətlərinin fövqündə olacaq.
Elçin İsmayılov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

