Regionun sülh, təhlükəsizlik və əməkdaşlıq dövrü
15.03.2023 [11:25]
Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da öz işinə başlayıb martın 11-də başa çatan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun müzakirəyə çıxardığı məsələlər, səsləndirilən çağırışlar və onların fonunda formalaşan ümidlər bu gün də diqqət mərkəzindədir. Dünyanın qlobal problemlərinin ölkəmizdə müzakirə olunması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin təqdimatıdır. Ümumilikdə Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəzə çevrilib. Elə ay, həftə yoxdur ki, paytaxt Bakı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsin, yaxud Azərbaycan diplomatik uğurları ilə diqqətdə olmasın. Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün ardınca “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun keçirilməsi də bunun bariz nümunəsidir. Hər iki nüfuzlu təşkilatın tədbirinin yüksək səviyyədə keçirilməsi, iştirakçıların sayının ildən-ilə artması bir daha təsdiqlədi ki, Azərbaycanın dünya birliyindəki mövqeyi daha da möhkəmlənir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bildirdi ki, necə etməliyik yeni ümidlər yaradaq və gələcəyə - sabaha baxaq. Bilməliyik ki, səhv və doğru addımlar nədən ibarətdir. Necə etməliyik ki, daha müqavimətli şəkildə irəliyə gedək. Belə bir ümidlə yola çıxaraq müzakirələr aparmaq üçün buraya toplaşdıq.
Qeyd edək ki, “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatıldılar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak etdi. Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə diqqət yönəldildi. Qarşıda duran çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunuldu, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycanın koronavirus infeksiyasına qarşı istər daxildə, istərsə də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlərdən, sülh quruculuğu prosesində ölkəmizin göstərdiyi səylərdən geniş bəhs edən dövlət başçısı İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.
İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşdü, populizmin və ekstremizmin mənbəyini araşdırdı, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirdi. 61 ölkənin Forumda təmsil olunması bu tədbirin miqyasının getdikcə genişlənməsinin göstəricisidir. Qlobal Bakı Forumunun əsas məqsədi də dünyanı narahat edən prioritet məsələlərin müzakirəsidir. Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkan kimi nüfuz qazanmasında ölkəmizdə mövcud sabitlik əhəmiyyətli rol oynayır. Azərbaycan sabitləşdirici, birləşdirici aktor kimi dünyanın diqqətindədir. Ölkəmizin bu gün regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh müqaviləsini təklif etməsi və bunun reallığa çevrilməsi istiqamətində səylər göstərməsi də deyilənlərin təsdiqidir. Bu çağırış belə bir ümidə əsas verir ki, Ermənistan tezliklə ona verilən şansı dəyərləndirəcək və regionun sülh, təhlükəsizlik və əməkdaşlıq dövrü başlayacaq.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

