Göygöl rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
16.03.2023 [11:13]
Göygöl rayonunda “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna işlərdən danışıb. O bildirib ki, “Heydər Əliyev İli” ilə əlaqədar partiyamız tərəfindən keçirilən tədbirlərdə deviz kimi istifadə olunan Ulu Öndərin “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamı müasir Azərbaycanın timsalında öz təsdiqini tapır və müdrik dövlət xadiminin ideyalarının əbədiyaşar olduğunu təsdiqləyir. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını yaratmaqla, ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək tənəzzüldən-inkişaf yoluna çıxardığını, Prezident İlham Əliyevin isə Azərbaycanın daha da inkişafı üçün geniş imkanlar yaradaraq, torpaqlarımızı işğaldan azad etdiyini, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-zəfərə çatdırdığını diqqətə çatdırmış, 30 il bundan öncə 1993-cü ilin mart ayında YAP Göygöl rayon təşkilatlarının təsis olunduğunu qeyd edərək, xoş təəssürat hissi ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi və YAP Göygöl rayon təşkilatının təsis edilməsinin 30 illik Yubileyi münasibətlə tədbir iştirakçılarını təbrik etmişdir!
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunduğunu bildirmiş, Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları daim xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə misilsiz töhfələr verdiyini, Onun işıqlı və parlaq ideyalarının dövlətimizi və xalqımızı daim zirvələrə yüksəldəcəyini qeyd etmişdir. Bu gün Azərbaycanda Heydər Əliyev missiyasının şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirildiyini önə çəkən Elvin Paşayev uğurla davam edən missiyanın nəticəsinin misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunduğunu, bu vacib missiyanın Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla yerinə yetirildiyini, ideyaların reallığa çevrildiyini və görülən işlərin qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu vurğulayıb ki, Heydər Əliyevin mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır: “Ümummilli lider Heydər Əliyevin fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik daim özünü göstərib. O, gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Bu ağır və məsuliyyətli işin öhdəsindən isə müdrik siyasəti ilə gəlmişdir”.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi olaraq adını tarixə qızıl hərflərlə yazdı və Azərbaycanda əbədi olmasını təmin etdi .
Göygöl şəhər Musiqi məktəbi Ərazi Partiya təşkilatının sədri Nuranə Quliyeva çıxış edərək vurğulamışdır ki, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev tarixi şəxsiyyətlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Qeyd olunub ki, bu gün xalqımız Ümummilli Liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə partiyaya üzvlük vəsiqələri təqdim olunub.
Dövlət himninin səsləndirilməsi ilə tədbir sona çatıb.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

