/ / Novruz bayramı sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür
Novruz bayramı sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür
17.03.2023 [19:15]
Vüsal Hüseynov- YAP Xocavənd rayon təşkilatının sədri
Azərbaycan xalqının düşüncəsində, mənəvi dəyərlər sistemində Novruz bayramının xüsusi yeri var. Ayin və adətlərinin izi min illər öncəyə gedib çıxan Novruz bir sıra Şərq ölkələrində yeni ili simvolizə edir. Birləşdirici, əməyə, bərabərliyə çağırış, eyni zamanda təbiətə sevgi kimi anlayışları ehtiva edən bu bayram bəşəriyyətin mirası adını alıb.
UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2009-cu il 28 sentyabr – 2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən sessiyası zamanı “Novruz” çoxmillətli (Azərbaycan, Hindistan, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısı”na daxil edilib. Hökumətlərarası Komitənin 2016-cı ildə Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında Əfqanıstan, İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan da bu nominasiyaya qoşulub.
Novruzla bağlı daha bir mühüm qərar 2010-cu ildə qəbul olunub. BMT Baş Assambleyası tərəfindən həmin il 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilib. Bununla bağlı qəbul olunan qətnamədə bildirilir ki, “yeni gün” mənası verən, martın 21-də, gecə və gündüzün bərabərləşdiyi gün qeyd olunan Novruz dünyada 300 milyondan çox insan üçün yeni ilin başlanğıcı hesab edilir.
Novruz bayramı ənənə və mərasimləri ilə özündə mədəni-mənəvi zənginliyi ehtiva edir. Burada həm də milliliklə bəşərilik qoşa addımlayır.
Azərbaycan xalqı Novruzun gəlişinə dörd həftə əvvəldən hazırlaşır. Hər həftənin ikinci günü ardıcıl olaraq Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilir. Mifik düşüncədə bu dörd anlayışın dünyanın yaranmasında müstəsna əhəmiyyətə malik olduğu bildirilir. Dörd ilaxır çərşənbənin hər birinin özünəməxsus adət və mərasimləri var. Mənbələrdə Novruz bayramının yurdumuzda hər zaman böyük təmtəraqla, coşqu ilə qeyd olunduğu deyilir. Novruzun ən yüksək zirvəsi isə köhnə il öz yerini təzə ilə verəndə olur. XIX əsr rus tarixçisi və hərbi xadimi Nikolay Dubrovin bu haqda yazıb: “Azərbaycanda baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi”.
Bu bayramın əsasında təbiətə bağlılıq, onu həmişə canlı görmək istəyi dayanır. Axır çərşənbəyə (Torpaq çərşənbəsi) xüsusi hazırlıq, əslində, elə Novruza hazırlıqdır. Bayram masasında səməni olan xonça qoyulur. Səməninin ətrafına milli şirniyyatlar: paxlava, qoğal, şəkərbura, rənglənmiş yumurta və çərəzlər düzülür. Bayram süfrəsində ailə üzvlərinin sayı qədər şam yandırılır və niyyət edilir. Uşaqlar bayram payı almaq üçün qonşuların qapılarına papaq, torba atırlar.
Novruz bayramı ölkəmizdə aşıq, xanəndə və xalq ifaçılarının iştirakı ilə kütləvi şəkildə qeyd olunur. Bayram mərasimlərinin əsas simvolu olan Kosa, Keçəl və Bahar qızı əyləncəli oyun-səhnəciklər göstərirlər. Kəndirbaz və pəhləvanlar da öz güclərini nümayiş etdirirlər. Bir sözlə, qışın çətinliklərini arxada qoyub yaza çıxan insanlar bunu çalıb-çağırmaqla, böyük təntənə ilə qeyd edirlər.
Yazın gəlişi, təbiətin oyanması insanın da qurub-yaratmaq həvəsini artırır. Bununla yaz-tarla işlərinə başlanılır, bolluq və bərəkətin təməli qoyulur. Mütərəqqi ideyaların daşıyıcısı olan Novruz bayramı insanlıq var olduqca yaşadılacaq...
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

