Demokratik Azərbaycanda siyasi dialoq mühiti
31.03.2023 [16:28]
Ölkəmizdə siyasi dialoqun formalaşdırılmasına, təkmilləşdirilməsinə göstərilən təşəbbüslər bilavasitə dövlətin və cəmiyyətin, demokratiyanın inkişafı, hüquqi mühitin qorunması, dayanıqlı olması baxımından çox əhəmiyyətlidir.Bu gün Azərbaycanda siyasi dialoqun formalaşdırılmasına, təkmilləşdirilməsinə göstərilən təşəbbüslər bilavasitə dövlətin və cəmiyyətin, demokratiyanın inkişafı, hüquqi mühitin qorunması, dayanıqlı olması, iqtisadi azadlığın bərqərar edilməsi, siyasi partiyaların ümummilli məsələlərdə bir araya gəlməsi baxımından çox əhəmiyyətlidir.
Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə zamanı çıxışında qeyd edib ki, “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır. Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə, istər beynəlxalq aləmdə, istərsə də respublika daxilində münasibətlərin normallaşdırılması, aydınlaşdırılması, yaxşılaşdırılması üçün əməkdaşlığın genişləndirilməsinə, dialoqların təşkilinə ehtiyac olduğunu gündəmə gətirmiş, problemlərin həllində danışıqların ən doğru çıxış yolu olduğunu bildirmişdir.
Ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar sözügedən proseslərdə fəal iştirak etməli, milli və siyasi birliyin, həmrəyliyin qorunması naminə bütün zəruri tədbirləri görməlidirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var və bunun üçün ölkədə tam şəffaf mühit formalaşdırılıb. Azərbaycanda bərqərar olan dialoq təşəbbüsləri demokratik ənənələrin dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır.
Regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarına adekvat olmalarını tələb edir.“Siyasi dialoq” artıq sadəcə demokratik məzmunlu atributiv xarakterli bir məfhum kimi yox, siyasətdə təkmil, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul olunmalıdır.
Ölkədə milli dövlətçiliyik və demokratik ənənələrin inkişafı, habelə sağlam dialoq mühitinin dəstəklənməsi naminə irəli sürülən təşəbbüslərdə istənilən siyasi qüvvə iştirak etməli dövlətin mənafeyi üçün öz töhfəsini verməlidir.
Azərbaycanın iqtisadi gücünün artması və siyasi iradəsinin güclənməsi fonunda düşmən mövqedə dayanan xarici güclərin narahatlığının təzahürünü ölkəmizdə mövcud olan radikal siyasi partiyaların yanaşmasında görmək həmin qüvvələrə müxalifətin siyasi sistemdəki əsl rolunu xatırlatmaq ehtiyacı yaradır. İqtidarı ölkənin inkişafına, sosial rifahın artırılmasına təşviq etmək missiyasını bir tərəfə atıb xarici qüvvələrin manipulyasiya alətinə çevrilmək heç bir halda qəbul edilə bilməz. Bütün bunların qarşısının alınması üçün kifayət qədər müzakirə olunmuş və ən təkmil şəkli ilə qəbul olunmuş “Siyasi partiyalar haqqında” qanun uğurlu addım hesab oluna bilər. Siyasi dialoq mühitinin formalaşması sağlam əməkdaşlığın əsası olmaqla yanaşı onu inkar edənlərin də əsl məqsədini ifadə etmələrinə imkan yaradır. Lakin nə həmin qüvvələrin mövcudluğu nə də radikal, hay-küyçü və təxribatçı mövqeyi demokratik dəyərlərə yüksək önəm verən Azərbaycanı tutduğu inkişaf yolundan sarpdıra bilməyəcək.
Məcid Əhmədov
YAP Piallahı rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxGündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32

