Laçınlıların öz torpaqlarında təhlükəsiz yaşaması üçün bütün tədbirlər görülür
03.04.2023 [12:25]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul etdi. Qəbul zamanı həm bir sıra məslələrlə bağlı öz tövsiyyələrini xüsusi nümayəndəyə verdi, həm də görülmüş və görüləcək işlərin həcminin böyüklüyünü bəyan etdi. Laçın işğal altında olduğu illərdə bütün infrastrukturun Ermənistan tərəfindən məhv edildiyini, ətraf mühitə böyük ziyan vurulduğunu qeyd edən dövlət başçısı Laçın rayonunda olan meşə fondunun böyük bir hissəsinin məhv edildiyini bildirdi.
Məlumdur ki, uzun illər aparılmış danışıqlar əsnasında hər zaman vasitəçilər Laçın rayonuna hansısa xüsusi bir yanaşma sərgiləyirdi və Ermənistan bütövlükdə Laçının Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı. Məhz Ali Baş Komandanın rəhbərliyi altında qazanılmış qələbədən sonra Rusiya Prezidenti ilə aparılmış uzun danışıqlar nəticəsində Laçının Azərbaycana qaytarılması imzalanmış sülh müqaviləsində öz əksini tapdı.
Prezident İlham Əliyev cənablarının dediyi kimi: “Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir”. Bunun üçün rayon ərazisində həyata keçirilən tikinti quruculuq işləri, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı atılan addımlar imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar. Artıq iki ildən çoxdur ki, Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb. Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. Gələn ilin sonunda və ya 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək. Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması işlərinə start verilmişdir. Amma Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan sonra icra edilməyə başlamışdır. Ölkə başçısının imzaladığı Sərəncamlara əsasən birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa ediləcək. Ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur və ya tamamilə əsaslı təmir olunur, eləcə də rayon ərazisində 30-dan çox ictimai bina inşa edilir. Bu ilin sonunadək bütün bu işlərin birinci mərhələsi başa çatacaq. Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start vermişik. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Görülən işlər deməyə əsas verir ki, bu ilin sonuna qədər Laçın şəhərində, Zabux və Sus kəndlərində Azərbaycan vətəndaşları yaşayacaqlar.
Hazırda Laçında bütün infrastruktur layihələri, mərkəzi icra orqanları tərəfindən icra edilir. Prezident xüsusi nümayəndəyə tapşırıq verib: “Siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz. Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin”.
Bu gün dünya ekoloji fəlakətlə üz-üzədir. Bütün bunları əsas götürən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları xüsusi nümayəndənin qarşısına tapşırıqlar qoyur: “Əlbəttə ki, bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır. Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir, siz də mənim nümayəndəm kimi bilməlisiniz, biz ətraf mühiti qorumalıyıq. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Yəni, siz mənim nümayəndəm kimi və bütün vətəndaşlar bilməlidirlər ki, burada qayda-qanun var, özbaşına heç kim heç bir iş görə bilməz. Qaydalar nədir, qanunlar nədir, hər kəs ona əməl etməlidir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır”.
Hazırda Kəlbəcər istisna olmaqla bütün rayonlarda yeni idarəetmə forması tətbiq edilib, Prezidentin xüsusi nümayəndələri fəaliyyət göstərir. Yeni idarəetmə formasının effektivliyi Şuşada, Ağdamda artıq özünü göstərir, yaxın gələcəkdə digər bölgələrdə də yeni idarəetmə forması tətbiq olunacaq. Bu da ölkənin bütün regionlarının paralel inkişafına xidmət edəcək.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

