Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağdaşda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir

Ağdaşda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir

07.04.2023 [11:32]

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qülbəndə kənd ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu”  mövzusunda görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qülbəndə kənd ərazi partiya təşkilatın sədri Səbuhi Məmmədov ulu öndərin Azərbaycan üçün gördüyü işlərdən bəhs edib, dahi şəxsiyyətin xilaskarlıq missiyasından danışıb.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov çıxış edərək ulu öndər Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi ordu quruculuğundan və bu sahədə olan düşünülmüş, uzaqgörən siyasət bəhs edərək bildirib ki, dahi şəxsiyyətin 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olması Milli Ordu quruculuğunun başlanğıcı hesab edilir.

Görüşdə partiya fəallarından Zahir Məmmədov, Nargilə Qasımova və Kamil Mustafayev müstəqil Azərbaycan dövlətinin xilaskarı ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində ölkəmizdə nizami ordu yaradıldığını və ordunun  davamlı olaraq müasirləşdirilməsi üçün təxirəsalınmaz işlər aparıldığını qeyd ediblər. Çıxışçılar vurğulayıblar ki, Prezident cənab İlham Əliyevin ulu öndərin ordu quruculuğu siyasətini  zamanın tələblərinə uyğun həyata keçirməsinin nəticəsi olaraq rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib və bu gün dünyanın ən güclü ordularından birinə çevrilib.

Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31