YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib
12.04.2023 [18:36]
“Heydər Əliyev İli” çərçivəsində aprelin 12-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Tədbirdə YAP-ın Nəsimi rayon təşkilatının üzvü olan fəal gənclər iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının silsilə tədbirlər keçirdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini deyən A.Süleymanov dahi şəxsiyyətin ideyalarının gənc nəslə aşılanmasının vacib olduğunu söyləyib. Onun fikrincə, Ulu Öndər Heydər Əliyev fenomeninin dövlətçilik tariximizdə müstəsna rolunun gənclər tərəfindən hərtərəfli öyrənilməsi çox önəmlidir.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva isə vurğulayıb ki, gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının yeni nəslə təşviq edilməsidir. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib, həmin dövrlərdə bütün sahələr inkişaf edib.
Z.Quliyeva qeyd edib ki, Ulu Öndər torpaqlarımızın erməni işğalından azad ediləcəyinə inanırdı və fəaliyyətinin əsas hissəsini bu məsələyə həsr edirdi. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarınızın azad edilməsi ilə Heydər Əliyevin arzusu gerçəyə çevrildi.
Z.Quliyeva deyib ki, ölkəmizdə gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Qazanılan bütün uğurların əsasında isə Heydər Əliyev siyasəti və onun layiqli şəkildə davam və inkişaf etdirilməsi dayanır.
YAP Veteranlar Şurasının üzvü, fizika elmləri doktoru, professor Adilə Abasova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. Ulu Öndərlə bağlı xatirələrini bölüşən YAP Veteranlar Şurasının üzvü bildirib ki, Heydər Əliyev tarix yazan və yaradan bir şəxsiyyətdir: “Ulu Öndər bütün varlığı ilə xalqını, Vətənini sevirdi, doğma Azərbaycanın yüksəlməsi üçün var qüvvəsi ilə çalışırdı. Deyə bilərəm ki, Heydər Əliyevin həyat və fəaliyyəti bir tarixdir”.
A.Abasova deyib ki, müstəqil dövlətimiz özünün yeni inkişaf dövrünü yaşayır. Ötən illərə nəzər salarkən biz bu dönməz inkişafın möhkəm təməlinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunun şahidi oluruq. Bu, bir həqiqətdir ki, Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli istəyi ilə ikinci dəfə Azərbaycanın rəhbərliyinə gələndən sonra müstəqilliyimiz məhz onun qətiyyəti, zəngin təcrübəsi, güclü iradəsi, xalqına bağlılığı sayəsində əbədi xarakter aldı və dövlətimiz bütün sahələrdə inkişafa, yüksəlişə doğru irəlilədi. O, gəncləri Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyə çağırıb.
Daha sonra gənclərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxGündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32

