Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Əmanətiniz baş tacımızdır”

“Əmanətiniz baş tacımızdır”

21.04.2023 [11:48]

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı Ramazan bayramı ilə əlaqədar “Əmanətiniz baş tacımızdır” adlı aksiyaya keçirib. Aksiya çərçivəsində İmişli rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilərək bayram sovqatı paylanılıb. Hər bir şəhid ailəsi ilə görüşən təşkilat sədri Səfa Ağayev şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr diləyərək bildirib ki, Azərbaycan artıq 3 ildir ki, müqəddəs Ramazan bayramını qalib ölkə olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd edir. Səfa Ağayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı  Ordumuzun tarixi torpaqlarımızı düşmən işğalından azad edərək tarixi ədaləti bərqərar etməsini diqqətə çatdırıb. 

Şəhid ailələri ilə görüşən “Energetik-1” ərazi partiya təşkilatının sədri Saleh Səmədov sevincini yaşadığımız Qələbəni bizlərə qanları ilə bəxş edən şəhidlərimizin, sağlamlıqlarını bu yolda qoyan qazilərimizin hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı ilə əhatə olunduqlarını vurğulayıb.

Hər bir şəhid ailəsinin üzvləri  göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Ümumilikdə aksiyada 500 şəhid, qazi və imkansız ailəyə bayram sovqatı paylanıb.

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31